Azərbaycan ordusunun 25 minlik heyətlə təlimindən - FOTOLAR

img

20-06-2016 [16:08]


Xəbər verdiyimiz kimi, Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimə başlayıb.

Bununla bağlı Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir:

"Yüksək döyüşə hazırolma səviyyəsinə gətirilən idarəetmə orqanları və qoşunlar mütəşəkkil və planlı qaydada yenidən qruplaşmanı həyata keçirərək cəmləşmə rayonlarına çıxarılır, aerodromlarda aviasiyanın, dənizdə isə gəmilərin dislokasiya yerləri dəyişdirilir.

Təlimlərin planında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsi və icrasına nəzarət Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən müasir rabitə və müşahidə vasitələrindən istifadə edilməklə həyata keçirilir. Təlimlər iyunun 24-də yekunlaşacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA