"Çox gərgin iş günü olacaq” - Rəsmi Moskvadan Qarabağla bağlı ilk açıqlama

img

20-06-2016 [14:24]


Rusiya prezidenti Vladimir Putinin İlham Əliyev və Serj Sarkisyanla danışıqları asan olmayacaq.

"Qafqaqinfo" Rusiya KİV-ə istinadən xəbər verir ki, belə bir proqnozla prezident Putinin mətbuat katibi Dmitriy Peskov çıxış edib: "Danışıqlar, əlbəttə ki, çətin olacaq. Əsas tapşırıq indi hərbi əməliyyatların yenilənməsindən sığortalanmaq olacaq. Çox gərgin iş günü olacaq”.

Peskov, həmçinin qeyd edib ki, Putin hər iki ölkə lideri ilə ayrılıqda, daha sonra üçtərəfli görüşəcək.

Qeyd edək ki, artıq Ermənistan prezidenti Serj Sarkisyan hazırda Sank-Peterburqdadır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA