20-06-2016 [14:18]
Türkiyənin Hurriyet.com saytında indiyədək dövlət sirri kimi qorunmuş bir sıra fakt açıqlanıb. Bunlardan biri də Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə bağlıdır.
Hulusu Turqutun müəllifi olduğu yazıda 1992-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Azərbaycan prezidenti ilə bağlı həyəcan yaşandığı bildirilir. Həmin zirvə toplantısında Əbülfəz Elçibəydən başqa Rusiya, Ermənistan, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna və Albaniyanın dövlət başçıları da iştirak ediblər.
Hulusu Turqutun yazısında öncə deyilir ki, Əbülfəz Elçibəy zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə 1992-ci il iyunun 24-də gəlib. O, İstanbulun Atatürk hava limanında təyyarədən düşən kimi torpağı öpüb. Yazıya görə, Əbülfəz Elçibəy aeroportda onu qarşılamağa gələnlərin hər birinə "Ana vətənimiz, ana vətənimiz” deyə-deyə Türkiyədə olmaqdan böyük xoşbəxtlik duyduğunu ifadə edib.
Elçibəy aeroportdan Çırağan sarayında onun üçün ayrılmış iqamətgaha yollanıb və iqamətgaha çatan kimi buradan İstanbul boğazının və Anadolu ətəklərinin seyrinə dalıb.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı səhərisi gün – iyunun 25-də keçiriləcək. Gecə saatlarında Elçibəy iqamətgahında istirahətə çəkilib.
İyunun 25-i Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısına dəvət olunmuş dövlət başçıları bir-bir onlar üçün ayrılmış iqamətgahlardan toplantının keçiriləcəyi Çırağan sarayına gəlməyə başlayıblar. Toplantıya ev sahibliyi edən Türkiyəni zirvə görüşündə baş nazir Süleyman Dəmirəl təmsil edir. Toplantının koordinatoru Türkiyənin dövlət naziri Şərif Ərcandır.
Qonaqlar bir-bir iclas salonuna yığılırlar. Bircə Azərbaycan prezidenti Əbülfəz Elçibəy yoxdur. Türkiyəli məsullar Çırağan sarayını ələk-vələk edirlər, Elçibəyi tapa bilmirlər. Azərbaycan nümayəndə heyətinin üzvlərindən soruşurlar, onlar da prezidentin yerini bilmir. Şərif Ərcan dərhal vəziyyəti digər dövlət naziri Cavid Çağlara çatdırır.
Hulusu Turqutun yazdığına görə, Cavid Çağlar Süleyman Dəmirələ məsələ ilə bağlı belə bir məruzə edir: "Bəy əfəndi, sayın Elçibəyi tapa bilmirik. Öz nümayəndə heyəti də harada olduğunu bilmir. Zirvə toplantısı başlamaq üzrədir. Elçibəysiz bu iş olurmu, əfəndim? Nə əmr edirsiniz?”
Baş nazir Süleyman Dəmrəl həmişəki soyuqqanlı tövrünü pozmadan Cavid Çağlara belə deyir: "Məsələni burada səsləndirmək lazım deyil. Dərhal Necdətə tapşır, lazımi tədbirləri görsün”.
Necdət Mənzir İstanbulun polis rəisidir, Çırağan sarayının təhlükəsizliyinə cavabdeh şəxs də odur. Cavid Çağlar vəziyyəti Necdət Mənzirə anladır. Mənzir dərhal araşdırmaya başlayır.
İlk ipucunu iqamətgah işçilərindən biri verir. O bildirir ki, Azərbaycan prezidenti səhər tezdən otağından çıxaraq sarayın qapısına yönəlib, bağdakı taksilərdən birinə oturaraq yola düşüb.
İstanbul polisi dərhal səfərbər edilir. Az vaxt sonra Əbülfəz Elçibəyin Anadolu ətəyində, Salacaq sahilində bir taksidə olduğu xəbəri gəlir. Yazıda deyilir: "Polis zabitləri Azərbaycan prezidentinin halını çaşqınlıqla izləyirdilər. Elçibəy taksinin içində ətrafı seyr etməkdə idi”.
Polislər yavaş-yavaş taksiyə yaxınlaşıblar. Taksinin pəncərəsi açıqmış. Özlərini Elçibəyə təqdim edən polislər soruşublar ki, ona nə qulluq göstərə bilərlər?
Yazıya görə, Əbülfəz Elçibəy polislərə belə deyib: "Türkiyə aşiqiyəm. İstanbula heyranam. Ana vətənimizə gəlmişkən atalarımızın yaşadığı Topqapı sarayını uzaqdan da olsa seyr etmək istədim”.
Yazıda deyilir: "Azərbaycan prezidenti tapılmış, məsələ Necdət Mənzirə bildirilmişdi. Nəcdət Mənzir bu sevindirici xəbəri Cavid Çağlara, o isə öz növbəsində Süleyman Dəmirələ çatdırır. Əbülfəz Elçibəy bir polis maşınında Çırağan sarayına gətirilir. Həyəcanlı anlar geridə qalır. Süleyman Dəmirəl və onun başçılıq etdiyi hökumətin üzvləri Cavid Çağlarla Şərif Ərcan dərindən nəfəs alırlar. Bu hadisə günümüzədək dövlət sirri kimi qorunub”.
Novator.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi