Küveyt nümayəndə heyətinin nümayəndələri Azad Rehimovla görüzdü

img

12-04-2010 [04:40]


?Küveyt bizim üçün maraqlı və dost öklələrdən biridir?. Bu gün bu sözləri Küveyt Dövlətinin Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Cəzzafı ilə görüşdə Gənclər və İdman Naziri Azad Rəhimov deyib. Ölkəmizdə rəsmi səfərdə olan qonaqlar bu gün ilk olaraq Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını və daha sonra ?Şəhidlər? Xiyabanını ziyarət ediblər. Azad Rəhimovla görüşdə nazir ilk növbədə nazirliyin tarixi, gənclər və idman siyasəti haqda məlumat verib, 2009-cu ildə Milli Məclis tərəfindən yeni İdman qanununun qəbulu, ölkə başçısı İlham Əliyev tərəfindən gənclər sahəsində 20-dən çox normativ sənəd və aktların imzalandığını, 250-ə yaxın uşaq gənclər idman məktəblərinin fəaliyyət göstərdiyini, 26 OİK tikilib istifadəyə verildiyini, 10-nun isə tikilməkdə olduğunu və 170-dən artıq Qeyri Hökumət Gənclər Təşkilatlarının fəaliyyət göstərdiyini diqqətə çatdırdı. Nazir istər idman, istərsə də gənclər sahəsində beynəlxalq əlaqələrin qurulmasının önəmindən də danışıb, Küveytin ?LOYAK? gənclər təşkilatının ölkəmizdə olduqlarını, ?İrəli? gənclər təşkilatı arasında qarşılıqlı əməkdaşlıq memorandumunun imzalandığını və bu sənəd əsasında 15 aprel tarixində bir qrup gəncin Küveytə yollanacağını diqqətə çatdırdı. Küveyt Dövlətinin Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Cəzzafı yüksək səviyyəli görüş üçün dərin təşəkkürünü bildirib, səfərin hər iki ölkənin gənclər və idman sahələrinin inkişafında önəmli rol oynadığını qeyd etdi. Qonaq səfər çərçivəsində ikitərəfli sazişin münasibətlərin daha da möhkəmlənəcəyinə işarə olduğunu bildirdi. Azərbaycanda idman və gənclər sahəsinin çox yüksək səviyyədə fəaliyyətini də vurğulayan sədr, ikitərəfli təcrübə mübadiləsinin də önəmindən danışdı. Qonaq Azərbaycanın Pekin Yay Olimpiya Oyunlarında çox yüksək səviyyədə iştirak etdiyini, Azərbaycanda güclü cüdo və güləş məktəblərinin olduğunu bildirib, Küveyt və Azərbaycan idmançı və məşqçilərinin qarşılıqlı təcrübə mübadiləsi apara biləcəklərini vurğuladı. Küveyt Dövlətinin Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Cəzzafı hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsinin də maraqlı ola biləcəyini qeyd etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA