Hökumət qərar verdi: Təhsillə bağlı dəyişiklik oldu

img

20-06-2016 [14:16]


Nazirlər Kabineti "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən hazırda arayış blankları Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə onların müraciəti əsasında verilir.

Yeni dəyişikliyə görə, arayış blankları Təhsil Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasına onların müraciəti əsasında təmin olunur.

Arayış blankları Təhsil Nazirliyində, ali təhsil müəssisələrində və ya AMEA-da ciddi hesabat sənədi kimi saxlanılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA