20-06-2016 [13:27]
Millət vəkili Fərəc Quliyev son zamanlar mətbuatda haqqında dərc olunan yazılarla bağlı xüsusi açlıqlama yayıb.
Deputat bildirib ki, 2012-ci ildə baş vermiş bir qəza ilə bağlı şantaja məruz qalıb və göründüyü qədər bu hələ də davam edir.
Mia.az Fərəc Quliyevin həmin qəzayla bağlı açıqlamasını təqdim edir:
"Nəzərinizə çatdırım ki, 2012-ci ildə Azərbaycanda NATO generallarının tədbiri keçirilirdi.Onları müşayət etmək üçün hərbi personal və xidməti avtomobillər ayrilmışdır. 14 noyabr 2012-ci ildə Sülhməramlı taborda İdman rəsi kimi xidmət edən oğlum Fərəcoğlu Türkel Fərəc oğluna da NATO zabitlərinə xidmət üçün avtomobil təhkim edilmişdir. NATO Zabitlərini axşam saatlarında müvafiq yerə qoyub, avtomobillər hərbi hissəyə qayidan zaman svetofor olmayan,piyada keçidi olmayan bir halda piyada qəflətən kartejdə oğlum Fərəcoğlu Türkel Fərəc oğlunun idarə etdiyi avtomobilin qarşısına çıxmış,piyadanın təqsiri üzündən qəza baş vermişdir.Türkel yaraliya ilk tibbi yardım gösterib respublka klinik xəstəxanasına çatdırmışdır (Şantajçı isə bunu ərizəsində fərqli təqdim edir).
Təyin edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Fərəcoğlu Türkel Fərəc oğlunun hərəkətlərində "Yol Hərəkəti Haqqinda” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Faktla bağlı Fərəcoğlu Türkel Fərəc oğlunun əməlində CİNAYƏT TƏRKİBİ OLMADIĞINDAN CİNAYƏT İŞİNİN BAŞLANMASI rədd edilmişdir. 2013-cü il Prezident seckiləri dönəmində mən Azərbaycana qarşı formalaşdırılmış milli şura və milyrderlər ittifaqına qarşı ciddi ifşaedici çıxışlar etdiyim zaman "5-ci kolon” tərəfindən mövqeyimə təsir etmək üçün bəzən sosial şəbəkələrdə anonim ad altında hədələr, bəzən emissarları vasitəsilə xahişlərlə üzləşdirdim. Bu dönəmdə"5-ci kolon” numayəndələrindən birisi mənimlə görüşməyə cəhd etdi-oğlumun qəza məsələsinə şantaj predmeti kimi işarə edərək.Mən isə ona -”qanuni araşdırma aparılıb, bu və başqa hər hansı məsələ ilə bağlı görüşmək istəmirəm” cavabı ilə görüş təklifini rədd etdim.
Buna qədər xəsarət alan Süleymanova Afaqın atası İsa İsayev Fərəcoğlu Türkelin günahkar olmadığını, buna baxmayaraq qızına hər cür kömək etdiyimizi minnətdarliqla qarşılayırdı, polis idarəsindəTürkelin günahı olmadğını, şikayəti olmaması ilə bağlı ərizə vermişdi.
Mən görüşü rədd etdikdən sonra şikayətlər dalğası başladı. İkinci dəfə yeni bir istintaq başladıldı. Buna heç bir əsas olmasa da, mən heç bir qaranlıq məqam qalmasın deyə, bir daha istintaqın aparılmasından nəinki şikayət etmədim, həm də xəsarət alan tərəfin mümkün olan bütün təfərruatla tanış olmasını arzuladım. Çünki, bu adamlardan siyasi şou düzəltmək üçün istifadə olunmasının fərqində idim.
İkinci araşdırma zamanı da CİNAYƏT TƏRKİBİ OLMADIĞINDAN CİNAYƏT İŞİNİN BAŞLANMASI rədd edildi. Bu ərköyün "xəsarət alan tərəfin”şikayətləri ilə hərbi prokurorluq tərəfindən də araşdırma aparılmış, faktla bağlı Fərəcoğlu Türkel Fərəc oğlunun əməlində CİNAYƏT TƏRKİBİ OLMADIĞINDAN CİNAYƏT İŞİNİN BAŞLANMASI rədd edilməsi haqda qərar verilmişdir.
Mənim yeni təhqiqata etiraz etməməyimdən ruhlanan şantajçılar 100 000 (yüz min ) manat mənəvi və.s təzminat istəyi ilə mülkü qaydada da Səbail məhkəməsinə müraciət etmiş, Səbail məhkəməsi işə baxıb və heç bir əsası olmayan bu iddianı rədd etmişdir. İndi isə bizdən 20000 (iyirmi min ) avro umduqları başbilənləri tərəfindən çatdırılır.
Sonra dəfələrlə (7 dəfə!) araşdırma aparılmış, hər dəfə də araşdırma zamanı Türkelin əməlində CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmamması qənaətinə gəlinərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Yuxarı orqanlar tərəfindən hər dəfə heç bir əsas olmadan təhqiqatların nəticəsini ləğv edib,yeni təhqiqat tələb etmək həm xüsusi qərəz, həm özünü təkzib, həm araşdırma aparmış bu orqanların iş və imicinə zərbə, həm də təhqiqat orqanlarına təziq və "mütləq cinayət işinə yol tap”göstərişi deyilmi?
Bütün basqı və çətinliklərə baxmayaraq təhqiqat orqanları hər dəfə zabit və məmur şərəflərini qoruyaraq işə obyektiv baxaraq qərar vermişlər.
Baş prokurora göndərdiyim sonuncu müracət Bakı Hərbi Prokurorluğuna göndərilmiş, Bakı Hərbi Prokurorluğunun mənə vediyi cavabda 03.09.2014-cü iltarixdə AR CPM-nin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsaslı və qanuni qərar qəbul edildiyi göstərilmişdir.
Lakin 17 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Şəfayət İmranov 03.09.2014-cü iltarixdə AR CPM-nin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsaslı və qanuni qərarı ləğv edərək AR CM-nin 263.1-1 maddəsi ilə cinayət işi başladılmasına qərar vermişdir.
17 may 2016. tarixli Qərarın təsviri hissəsində cinayət işinin başlanılmasının rədd edilməsinə və cinayət işinin başlanılmasına səbəb olacaq heç bir əsas göstərilməmişdir.
Yalnız İ.İsayevin verdiyi əsaslandırılmamış şikayət əsas kimi götürülmüşdür.
Cənab Ş.İmranov 7 dəfə aparılmış dövlət orqanlarının araşdırmalarından və bu araşdırmaların çoxsaylı arqumentlərindən, ekspert rəylərindən imtina ediləsi yeni halların olmamasına diqqət etməmiş, şübhə və subyektiv əsaslarla qərar vermişdir.
Halbuki, AR CPM-nin 39.1.1 və 39.1.2 maddəsinə əsasən T.Fərəcoğlunun əməlində cinayət hadisəsi və cinayət tərkibi olmadığı dəfələrlə təsdiq olunmuşdur. AR CPM-nin 46.3 maddəsinə əsasən cinayət işinin başlanması üçün kifayət qədər dəlillər olmalıdır ki, 17.05.2016-cı il tarixdə belə əsaslandırma yoxdur. Həmçinin bu qərarda prosessual və maddi qanunvericiliyinin hər hansı tələbinin pozulması haqqında bir dənə də olsun fakt göstərilməyib.
Gördüyünüz kimi yenə də şantaj,”araşdırma " lar, saxta şahidlər axtarmaq (ştatlı şahidlər) davam edir.
Görünür, təhdidçilər 2014-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqinin saxta (ştatlı) şahidlərlə insanları şantaj edib böyük miqdarda pul qoparmaları və ACM-nin 182.3.2 və 309.2-ci maddəsi ilə 12 il azadlıqdan məhrum edildiyini unudublar. Bu işdə daha ciddi siyasi motivlər vardır və bu haqda müvafiq orqanlara müraciət göndərilib.
Vətənimizə qənim kəsilən, kreslo yanğısı ilə hər şeydən istifadə edən,qarşılarında maneə gördükləri hamını ( yuxarı Prokurorluq orqanlarının anlaşılmaz ərköyünləşdirmə münüsibətindən ruhlanaraq ) şantaj edən, bir cetenin hadisədən yararlanma istəyinə işıq salmağa çalışdım. Sizin də, pis bir ənənənin ayaq tutmaması üçün mövqe nümayiş etdirəcəyinizə əminəm".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi