20-06-2016 [13:14]
Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində nazir Səlim Müslümovla görüşüb.
Mia.az eurasiadiary.az-a istinadən xəbər verir ki, görüşdə BAMF sədri Umud Mirzəyev və ƏƏSMN-nin digər yüksək çinli rəhbərləri iştirak edib.
Görüşü giriş sözü ilə açan Səlim Müslümov bildirib ki, müsəlman ölkəsindən bir şəxsin Nobel mükafatı qazanması çox fərəhlidir. Proffessor Yunusun fəaliyyəti bütün digər müsəlman ölkələri üçün də yaxşı nümunədir.
Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər barədə danışan cənab Müslümov bildirdi ki, yoxsulluğun səviyyəsi son 10 il ərzində 47-49 % -dən 5,5 %-dək enib. Minimum əmək haqqı bu illər ərzində 5,5 manatdan 105 manatadək artıb. Pensiyalar 10 % artıb, işsizliyin səviyyəsi isə xeyli aşağı düşüb. Azərbaycanda sosial sahədə görülən işlərin miqyasının çox yüksək olduğunu ali qonağa xatırladan cənab Müslümov ölkədə bu sahədə bütün ödənişlərin avtomatlaşdırıldığını , sosial müavinətlərin ödənilməsi sahəsində artıq uzun müddətdir plastik kartlardan istifadə olunduğu dedi. Dövlət üçün xüsusilə gənclərin işlə təminatının prioritet məsələ olduğunu deyən nazir son 12 ildə ümumilikdə 1 milyondan çox iş yerinin açıldığını qonağının diqqətinə çatdırdı. Azərbaycan hökümətinin sosial sahəyə böyük miqdarda vəsait investisiya etdiyini deyən S. Müslümov bu illər ərzində 3300 məktəb , 500-dən çox xəstəxana və digər sosial xidmət sahələrinin istifadəyə verildiyini bildirdi. Amma son dövrdə dünyada müşahidə olunan iqtisadi böhran Azərbaycanın da gəlirlərinə ciddi təsir edib. Üstəlik neftin qiymətinin düşməsi ilə dövlət büdcəsinin gəlirləri və xərcləri daha da optimallaşdırılb. Bank sektorunda islahatlar aparılıb və biznesin təşviqi istiqamətində dövlət başçısı tərəfindən bir sıra vacib sərəncam və fərmanlar imzalanıb. Səlim Müslümov xüsusilə qeyd etdi ki, məhz indiki situasiyada sosial-iqtisadi sahədə islahatların aparılmasında Məhəmməd Yunusun ideyalarından istifadə edilə bilər.
Nazirin bu sözlərinə təşəkkürünü bildirən cənab Yunus bəyan etdi ki, insanlar hökümətdən asılı olmaq prosedurunu birdəfəlik unutmalıdırlar. Bankların qapısı hər kəsin üzünə açılmalıdır. O bu sahədə yaratdığı "Gramen” bankın təcrübəsi haqqında geniş məlumat verdi və təkliflər irəli sürdü. Banqladeşin timsalında misallar göstərən cənab Yunus insanların, xüsusilə qadınların kiçik kreditlər vasitəsilə həvəsləndirildiyini və öz kiçik biznesini yaratmağa təşviq olunduğunu xatırlatdı. Təsadüfi deyil ki, hazırda Gramen bankın 7,5 milyon müştərisi var. Təkcə ABŞ-da bu bankın 18 filialı var. Sonda Professor Yunus bildirdi ki, insanları öz maliyyə dayanıqlılığını təmin etmək üçün inandırmaq və onlara yardım etmək lazımdır.
Bu görüşün baş tutmasını alqışlayan BAMF sədri Umud Mirzəyev öz növbəsində bəyan etdi ki, yaxın vaxtlarda BAMF-ın İqtisad Universiteti ilə birgə təşəbbüsü ilə bu ali ocaqda Yunus mərkəzi fəaliyyətə başlayacaq. Gələcəkdə isə BAMF-ın Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə birgə Bakıda Qlobal Sosial Biznes sammitinin keçirilməsi realdır. Bu təşəbbüsü dəstəkləyən nazir Səlim Müslümov bu sahədə həm BAMF, həm də Yunus mərkəzi ilə yaxından əməkdaşlıq edəcəklərini bəyan etdi. Sonda, Azərbaycana dəvət etdiyinə görə BAMF sədri Umud Mirzəyevə minnətdarlığını bildirən Məhəmməd Yunus, BAMF-ın Azərbaycan dilinə tərcümə elətdirdiyi "Kasıbların bankiri” kitabını imzalayaraq, nazirə təqdim etdi, BAMF-ın sədri və naziri iyul ayında Banqladeşin Dəkkə şəhərində keçiriləcək Dünya Sosial Biznes Günü tədbirinə dəvət etdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi