Emənistandan Azərbaycana sursat gətirildi

img

20-06-2016 [11:06]


Ermənistandan Azərbaycana silah göndərilib.

2015-ci ildə Ermənistandan Azərbaycana silah-sursat aparılıb. Bu, Dövlət Gəlirləri Xidmətinin statistikası zamanı üzə çıxıb. Ermənistanın komitə sənədlərinə əsasən, ölkəmizə gətirilən silah-sursatın gömrük dəyəri 84.55 dollar dəyərində olub.

Məsələyə Dövlət gəlirləri komitəsi münasibət bildirərək qeyd edib ki, Ermənistan yığması Bakıda keçirilən Avropa Oyunlarında güllə atıcılığı üzrə yarışlarda iştirak etmək üçün 400 ədəd "5,6 mm-lik" patron aparıb.

Mənbədən verilən məlumata görə, 2014-cü ildə Azərbaycandan Ermənistana xalça aparılıb. Komitənin məlumatında qeyd edilir ki, xalçalar Azərbaycan istehsalıdır, amma Ermənistana başqa ölkələrdən gətirilib.

Xalça Ermənistana 2014-cü ilin oktyabrında aparılıb və "Matenadaran" qədim əl yazmalar institutuna mədəni irs nümunəsi kimi təqdim edilib. Onun ölçüsü 3,17 kvadrat metr və dəyəri 596,45 dollar olub. Bu, 1940-50-ci illərə aid "Şəki-Şamaxı" xalçasıdır.

Dövlət gəlirlər komitəsi xalçanın Ermənistana ABŞ-dan gətirildiyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA