19-06-2016 [13:33]
Sabah Rusiyanın Sankt-Peterburq şəhərində Qarabağa dair bir çox parametrlərinə görə kritik sammit keçiriləcək.
Xəbər verildiyi kimi, bu sammit Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində, ATƏT-in iştirakı olmadan baş tutur. Hərçənd ki, Minsk Qrupunun həmsədrləri Sankt-Peterburqda olacaqlar və danışıqların nəticələri barədə məlumatlandırılacaqlar.
Müzakirələr əvvəlcə Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanla ayrılıqda keçirdiyi görüşlərlə başlayacaq, daha sonra üçtərəfli formatda davam edəcək.
Sankt-Peterburq görüşü ərəfəsində Azərbaycan Müdafiə Nazirliyi bütün qoşun növlərinin iştirakı ilə təmas xəttinə yaxın poliqonlarda, o cümlədən Naxçıvanın Ermənistanla sərhədlərində irimiqyaslı hərbi təlimlərin başlayacağını elan edib. Təlimlərdə düşmənin möhkəmləndirilmiş müdafiə xəttinin yarılması da daxil olmaqla bir sıra döyüş vəzifələri sınaqdan keçirilməlidir.
Təlimlər bu gün başlayır və iyunun 24-nə qədər davam edəcək. Azərbaycan ordusunun prezidentlərin Sankt-Peterburq görüşü ilə eyni vaxtda poliqonlara yeridilməsi Ermənistana xəbərdarlıqdır və Bakı nümayiş etdirir ki, əgər bu görüşdə münaqişənin nizamlanmasına dair real danışıqlar prosesi başlamasa və status-kvonu uzatmaq taktikası davam etdirilsə məsələnin silah yolu ilə həlli variantı gündəmə gələcək.

Prezident İlham Əliyev də bu görüş ərəfəsində mühüm bəyanatlarla çıxış edərək deyib ki, Azərbaycanın daha 20 il mənasız danışıqlara vaxt itirmək fikri yoxdur.
"Əgər kimsə fikirləşirsə ki, biz növbəti 20 il də mənasız danışıqlar aparacağıq, ciddi səhv edir”-prezident bildirib.
Beləliklə, gözləmək olar ki, Sankt-Peterburqda kifayət qədər gərgin, hətta əsəbi müzakirələr olacaq. Eyni zamanda bu görüş aprelin əvvəllərində hərbi əməliyyatların dayandırılmasında olduğu kimi nizamlama prosesində də Rusiyanın hakim rolunu təsbit etmiş olur. Habelə gözlənilir ki, danışıqlar masasında Madrid prinsiplərinin Rusiya xarici işlər naziri Sergey Lavrovun redaktəsindən çıxmış son variantı olacaq.
"Alaco Dispatches” konsaltinq şirkətinin analitiki Conatan Melis bildirir ki, beynəlxalq birliyin diqqəti yeni qüvvə ilə Ermənistan və Azərbaycan arasında bundan sonrakı toqquşmaların dayandırılmasına yönəlsə də münaqişənin həlli perspektivi hələ də olduqca dumanlıdır.
"İyunun 20-də Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək görüşə baxmayaraq tərəflərdən heç biri sülh naminə güzəşt fikrini ağlına belə gətirmir”-müəllif yazır.

Melis qeyd edir ki, Rusiya diplomatik kanallarına yaxın mənbələr Sankt-Peterbuq görüşündə münaqişənin hərtərəfli nizamlanmasına dair proqramın qəbul ediləcəyini gözləyirlər.
"Bununla belə aydındır ki, istənilən razılaşma atəşkəs rejiminin möhkəmləndirilməsindən artıq heç nə olmayacaq”-analitik bildirir.
Müəllifə görə yüksək rütbəli diplomatlar tərəfindən göstərilən səylər münaqişə zonasında gərginliyin azaldılmasında şübhəsiz ki, müsbət rol oynadı. Ancaq hökumətlərin və xalqların güzəştlərə hazır olmadığı bir vaxtda real irəliləyi mümkün deyil.
Analitik hesab edir ki, münaqişənin nizamlanması perspektivlərinə ATƏT-in Minsk Qrupu həmsədrləri arasında münasibətlərin xeyli pisləşməsi də zərbə vurub. Bu isə məsələnin nizamlanması üçün vahid cəbhə yaradılmasına imkan vermir.
"Türkiyə ilə Rusiya arasında münasibətlərin pisləşməsi faktını da diqqətə almaq lazımdır, bu da Qarabağ nizamlanmasının maraqlarına uyğun deyil və imkan vermir ki, beynəlxalq birlik məsələnin vahid həlli variantı ilə çıxış etsin”-analitik qeyd edib.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi