“Azercell” 4 G şəbəkəsinin əhatə dairəsini genişləndirir

img

19-06-2016 [12:53]


"Azercell Telekom” sürətli mobil internetə olan tələbatı nəzərə alaraq, 4G şəbəkəsini intensiv şəkildə inkişaf etdirir. Şirkət təkcə 2016-cı ilin ötən 5 ayı ərzində Bakıda və Abşeron yarımadasında 177 yeni LTE stansiyası quraşdırıb. İyunun sonlarına isə stansiyaların sayının 220-yə çatdırılması planlaşdırılır.

Şirkətdən bildirilib ki, hazırda həmin ərazidə 4G stansiyalarının sayı 480-ə çatdırılıb. Bununla da sürətli mobil internetə ən çox tələbat olan Bakı və Abşeronun 4G ilə əhatə olunması səviyyəsi 79 faizə çatıb və abunəçilər 100 Mb/s qədər sürətli internetdən istifadə edə bilərlər.

Yaxın zamanda bölgələrdə də 4G şəbəkəsini genişləndirmək niyyətində olan "AzerceII” sürətli mobil interneti hamı üçün əlçatan etmək məqsədilə digər vacib tədbirlər də həyata keçirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA