İlham Əliyev bu gün "Nobel"çi alimi qəbul etdi - FOTO

img

18-06-2016 [18:59]


Azərbaycan prezidenti İlham Əliyev bu gün Nobel sülh mükafatı laureatı Məhəmməd Yunusu qəbul edib.

Məhəmməd Yunus Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük inkişaf proseslərinin getdiyini, ölkəmizdə müsbət dəyişikliklərin onda dərin təəssürat yaratdığını bildirib. Məhəmməd Yunus Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işləri də yüksək dəyərləndirib.

Ölkəmizin müstəqillik dövründə əldə etdiyi nailiyyətlər və bu müddət ərzində görülən işlərdən danışan dövlət başçısı 25 illik dövrün Azərbaycan üçün iqtisadi transformasiya dövrü olduğunu qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrdə, xüsusilə iqtisadi sahədə geniş miqyaslı islahatların həyata keçirildiyini vurğulayıb. Son dövrlər neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış vəziyyətə toxunan dövlətimizin başçısı iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığın azaldılması istiqamətində görülən işlərin müsbət nəticələr verdiyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA