Uzaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun sərgisi keçirilib

img

12-04-2010 [03:46]


Bu gün təhsil nazirinin 28.01.2010-cu il tarixli 104 nömrəli əmri ilə uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin yekun sərgisi keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov qeyd edib ki, tədbir məktəbdənkənar müəsissələrlə bağlı bir tədbirdir. ?Burada muxtəlif sahələr üzrə uşaqlar layihələr hazırlayıblar. Müsabiqəni keçirməkdə məqsəd uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması olub. Uşaq və yeniyetmələrin yaradıcılığının inkişaf etdirilməsi üçün stimulların yaradılması və onlar arasında təcrübə mübadiləsinin təşkil olunmasıdır?. Müsabiqədə 8 yaşdan 18 yaşadək uşaq və yeniyetmələr iştirak ediblər. Müsabiqənin zona mərhələsində 300 nəfərə yaxın məktəbli iştirak edib. Zona mərhələsində 1və 2-ci yerlərə layiq görülən işlər respublika mərhələsinə təqdim olunub.Respublika mərhələsində 45 rayon və şəhərindən 195 nəfər məktəbli iştirak edib. Münsiflər tərəfindən hər nominasiya üzrə 1 2 və 3 yerləri tutan iştirakçılar müəyyənləşdirilib. Müsabiqənin qalibləri Təhsil nazirliyi Gənclər və İdman nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb. Müsabiqə texniki yaradıcılığın 5 növü üzrə 15 nominasiyada keçirilib. 1. Aviamodel: Radio ilə idarə olunan təyyarə modelləri. Pilotlu təyyarə modelləri. Radio ilə idarə olunan vertolyot modelləri. Kordalı təyyarə modellərinin surətləri. 2.Avtomodel: Kosmik gəmilərin surətlərinin modelləri. 3. Radio ilə idarə olunan minik, yük, hərbi, avtomobillərinin surətlərinin modelləri və hərəkətdə olan kənd təsərrüfatı texnikasının modelləri urətlərinin modelləri. 4.Gəmi modeli. Radio ilə idarə olunan mülki,hərbi gəmilərin surətlərinin modelləri və mühəriksiz yelkənli qayıq modelləri. 5.Radiotexnika. Təlimin texniki vasitələri Məişət və istehsalatda istifadə olunan cihaz və qurğular. Səmərələşdiricilik və ixtiraçılıq işləri. [b]Rəhilə Manafova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA