18-06-2016 [15:42]
"Los Angeles Times” qəzetinin verdiyi məlumata görə, Rusiyanın hərbi təyyarələri Suriyada Pentaqon tərəfindən dəstəklənən qiyamçılara hava zərbələri endirib.
Pentaqon bu insidenti Suriyada hava kampaniyasına başlayandan bəri Moskvanın ən böyük təxribatı adlandırıb.
Hava zərbələri İordaniya sərhədi yaxınlığında, Rusiya təyyarələrinin əvvəllər uçmadığı ərazidə endirilib. Sözü gedən qiyamçı bazasında ABŞ hərbçiləri olmasa da, Pentaqon təcili olaraq qaynar xətlə Moskvadan zərbələrin dayandırılmasını tələb edib.
Bundan əlavə ABŞ-ın F-18 təyyarələri havaya qaldırılıb və pilotlar Rusiyanın iki Su-34 təyyarəsi ilə vizual kontaktda olublar. Rusiya təyyarələri əvvəlcə ərazini tərk etsələr də, az sonra ikinci zərbəni endirmək üçün qayıdıblar. Lakin bu vaxt ABŞ təyyarələri yanacaq doldurmaq üçün öz bazalarına dönmüşdülər.
ABŞ rəsmiləri bildiriblər ki, Rusiya ya öz qüvvələri üzərində tam nəzarətə malik deyil, ya da bilərəkdən təxribat törədir. Vaşinqton bütün hallarda Moskvadan izahat gözləyir.
Siyasi təhliçilər diqqəti belə bir məqama çəkirlər ki, bu insident 51 ABŞ diplomatının imzaladığıbəyanat açıqlanandan az sonra baş verib.
Bu məktubda faktiki olaraq Dövlət Departamentinin tabeçiliyində olan diplomatlar prezident Obamanın Suriyadakı siyasətini kəskin tənqid edir, hökuməti Suriya rejiminə münasibətdə sərt mövqe tutmağa çağırırlar.
Dövlət Departamentinin sözçüsü Con Kirbi bu sənədi "qeyri-adi” adlandırıb. CNN isə bildirir ki, ABŞ administrasiyasında çaşqınlığa səbəb olmuş müraciət dərhal Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənib. Səudiyyənin xarici işlər naziri Adel əl-Cübeyir "biz bunları münaqişə başlanandan deyirik” bəyanatını verib.
Rusiya təyyarələrinin vurduğu qiyamçı bazasında ABŞ hərbçiləri 180 döyüşçüyə İŞİD-lə mübarizə üçün təlim keçmişdilər.
"Los Angeles Times” yazır ki, Rusiyanın bu hərəkəti, onun Vaşinqtonu öz mövqeyinə yaxınlaşdırmaq istəyindən qaynaqlana bilərdi. ABŞ rəsmiləri bildiriblər ki, insident Moskva ilə ciddi şəkildə müzakirə ediləcək.
Lakin analitiklər qeyd edirlər ki, Putin diplomatların bəyanatının yayılmasının ardınca ABŞ-ın dəstəklədiyi üsyançı qrupa nümayişkarənə hava zərbəsi endirərək Obama administrasiyasının qətiyyətsizliyini növbəti dəfə nümayiş etdirmək istəyib, eyni zamanda belə mesaj verib ki, ABŞ Bəşər Əsədin qüvvələrini vurmaq fikrinə düşsə, bu, Rusiya ilə birbaşa hərbi qarşıdurma demək olardı.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi