Moskvada iki Azərbaycan vətəndazını güllələyiblər

img

12-04-2010 [03:27]


Bu gecə Moskva ətrafında içində iki Azərbaycan vətəndaşı olan maşın silahlı hücuma məruz qalıb. Rusiyanın "RİA Novosti" agentliyinin yaydığı məlumata görə, Azərbaycan vətəndaşlarından biri 1970-ci il, digəri isə 1980-ci il təvəllüdlüdürlər. Onlar bu gecə Moskva vaxtı ilə saat 00.30-da "Toyota-Camry" markalı avtomobildə tapılıblar. Bir Azərbaycan vətəndaşı hadisə yerində keçinib, digəri isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Onda iki güllə yarası aşkar edilib. Aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, təxminən Moskva vaxtı ilə saat 00:10-da 1 May mikrorayonunda naməlum şəxslər maşına odlu silahdan atəş açıblar. Daha sonra naməlum istiqamətdə hərəkət ediblər. Hadisə yerindən 9 millimetr kalibrli səkkiz giliz və 5,45 millimetr kalibrli altı giliz götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA