Azərbaycanda 2 uşaq anası başqa kişiyə qoşulub qaçdı

img

18-06-2016 [10:26]


Azərbaycanda 23 yaşlı iki uşaq anası başqa şəxsə qoşularaq evdən qaçıb.

Hadisə Samux rayonu Qarayeri qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Rüstəmova Səmayə Əvəz qızı iki gündür övladlarını da ataraq evdən gedib.

Qəsəbə sakinləri bildirir ki, qadın həyat yoldaşından gizlin mobil telefon işlədirmiş: "Qadın yoldaşından xəbərsiz telefon işlədirmiş. Sonradan məsələnin üstü açılıb və məlum olub ki, WhatsApp-da başqa kişilərlə yazışır. Ailə ehtimal edir ki, Səmayə həmin kişilərdən birinə qoşulub qaçıb".

Onu da öyrəndik ki, Rüstəmovanın həyat yoldaşı artıq məhkəməyə boşanmaq üçün müraciət edib(olke.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA