“Formula-1”də maraqlı hadisə - 3 pilot yolu səhv saldı

img

17-06-2016 [14:32]


"Formula-1” Avropa Qran-prisinin birinci test yürüşündə maraqlı hadisə baş verib. Belə ki, "Haas” komandasının pilotu Esteban Qutyerres yolu səhv salıb.

Ttrekin 16-cı döngəsində sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib və yolun bağlı olduğunu görüb. Pilot dərhal bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib.

"Red Bull Racing”in pilotu Daniil Kvayt və "Renault"un pilotu Kevin Maqnussen də eyni aqibətlə üzləşib.

Qeyd edək ki, hazırda ən yaxşı göstərici "Mercedes”in pilotu Luis Hamiltona məxsusdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA