16-06-2016 [15:16]
"Azərbaycanın ikinci sənaye və mədəniyyət paytaxtı olan Gəncədə "Gəncəçay” Park-bulvar Kompleksinin ərazisində istifadəyə verilən "Kitab evi” kitab satışından da çox mütaliənin təbliğinə xidmət edir".
Bu fikirlər Azərbaycanın ən böyük "Kitab evi”nin açılışı münasibəti ilə keçirilən tədbirdə səsləndirilib.
Qeyd olunub ki, günü-gündən abadlaşan Gəncə şəhərində müasir üslubda inşa edilən "Kitab evi” mağazası Gəncə sakinləri üçün dəyərli töhfədir.
Açılış mərasimində iştirak edən Gəncə şəhər icra başçısı Elmar Vəliyev iştirakçıları salamlayaraq 15 iyun milli qurtuluş gününü münasibəti ilə təbriklərini çatdırıb, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadığını qeyd edib. Daha sonra Gəncə Ədəbi mühitinin dünayaya bəxş etdiyi Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi böyük mütəfəkkirlərin vətənində regionun ən böyuk "Kitab evi” nin açılmasının heç də təsadüfi olmadığını vurğulayıb və buranın ziyalıların, ictimaiyyət nümayəndələrinin, xüsusən də gənclərin sevimli məkanına çevriləcəyinə əminliyini ifadə edib.
Fəaliyyətini "Kitabevim.az” layihəsi üzərində quran bu kitab mağazası digər kitab mağazalarından xeyli fərqlənir.
Açılış mərasimində bu haqda iştirakçılara ətraflı məlumat verən "Kitabevim.az” layihəsinin rəhbəri filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq qeyd edib ki, Gəncədəki yeni kitab evinin özəlliyi burda Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə minlərlə kitabın yer alması və müxtəlif guşələrin olması oxucuların mütaliəsinə geniş imkanlar yaradacaq. "Qoy-götür” və ”Bukinist” şöbələrinin gənclərin mütaliə həvəsini xeyli artıracağını vurğulayan layihə rəhbəri mağazada istifadəçilərin sərbəst mütaliəsi üçün şərait yaradıldığını da vurğulayıb.
Bildirilib ki, "Qoy-götür” şöbəsinin üstünlüyü onun oxucular tərəfindən təmin olunmasıdır, yəni oxucu bura bir kitab hədiyyə etməklə "Kitab evi”nin üzvünə çevrilir. Bundan sonra isə o, tək şəxsiyyət vəsiqəsini təqdim etməklə istənilən vaxt istədiyi kitabı götürüb oxuya bilər və müəyyən müddətdən sonra geri qaytararaq mütəmadi olaraq digər kitabları seçə bilər. "Bukinist” guşəsində isə oxucular nəşr ili çox köhnə olan nadir və orijinal kitablarla tanış olmaq və onları əldə etmək imkanı qazanacaqlar.
"Kitab evi”ndə gənclərin və məktəblilərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün kitab-kafe, müxtəlif multimedi vəsaitlərindən və elektron kitablardan istifadə imkanları nəzərdə tutulub.
"Kitab evi”ndə eyni zamanda "Günün, həftənin, ayın kitabı” adlı guşələr oxucular üçün çox böyük güzəştlərə təklif olunacaq. Gənclərdə kitaba marağı artırmağı daha çox hədəfə aldıqlarını vurğulayan layihə rəhbəri tələbələrin ilboyu tələbə biletlərini təqdim etməklə 15-25 faizlik endirimlərdən yararlana biləcəklərini deyib.
Tədbirdə diqqətə çatdırılıb ki, Gəncədədə yeni istifadəyə verilən "Kitab evi” Azərbaycan yazarlarının imza və kitab təqdimatı mərasimlərinin keçiriləcəyi ən maraqlı məkanlardan birinə çevriləcək.
"Kitab evi” hər gün səhər saat 9-dan axşam saatlarınadək kitabsevərlərin ixtiyarında olacaq. "Kitab evi”nin fəaliyyətə başlaması münasibətilə iyunun 18-dən 1 iyul tarixinə qədər bütün kitablara 15-25 faizlik endirim kompaniyası nəzərdə tutulub.











Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi