Usubov daha bir rəisi vəzifədən uzaqlaşdırıb? - Polis rəisi danışdı

img

16-06-2016 [14:56]


Daxili İşlər Nazirliyində daha bir kadr dəyişikliyi olub.

Mia.az AzNews.az-a istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, Nizami Rayon Polis İdarəsinin rəisi polkovnik Nofəl Məhərrəmov vəzifəsindən kənarlaşdırılıb və sərəncama götürülüb.

Maraqlıdır ki, məsələ ilə bağlı Bizimyol.info-ya danışan Nizami rayon Polis idarəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov məlumatın yalan olduğunu, hal hazırda işdə olduğunu bildirib.

Xatırladaq ki, DİN-də bu gün daha bir kadr dəyişikliyi olub. Belə ki, polis general-mayoru Emin Şəkinski Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsindən çıxarılıb. O, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA