Bakı zooparkında heyvanların balavermə vaxtı bazlayıb

img

12-04-2010 [01:34]


?Yazın gəlişi ilə əlaqədar olaraq, Bakı Zooparkda məskunlaşan heyvanlar bala verməyə başlayıb. Yallı qoyundan alınan bir baş bala 15 gündür ki, özünü yaxşı hiss edir?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Zooloji Parkının direktoru Azər Hüseynov məlumat verib. Onun sözlərinə görə, başqa heyvanlardanda bala gözlənilir. A.Hüseynovun sözlərinə görə, heyvanlar yemlə əlaqədar problem yaşamır: ?Yem və yemləməklə problemimiz yoxdur. Hazırda yaza aid bütün tədarüklər görülüb. Təmizlik işlərinə gəlincə isə hər gün təmizlik işləri görülür, heyvanların qaldıqları yerlər isə səliqəyə salınır?. Direktor onu da bildirib ki, iyun ayında konfrans təşkil olunacaq: ?Rusiyanın İjevsk (Udmurtiya Respublikası RF) şəhərində keçirələcək, Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiyasasında Azərbaycandan Zooloji Parkın direktoru olaraq mən təmsil edəcəyəm. Həmin keçirilən tədbirdə 30-dan çox ölkə iştirak edəcək. Azərbaycan həmin Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiyasasında 1995-ci ildən həqiqi üzvüdür?. [b]Nüşabə Sadıqova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA