Usubovdan daha bir əmr - Polis gücləndirilmiş iş rejimində çalışacaq

img

16-06-2016 [12:22]


""Formula-1” ilə əlaqədar Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakıda ilk dəfə təşkil olunan "Formula-1” üzrə Avropa Qran-prisi yarışı ərəfəsində və dövründə ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının etibarlı qorunması, müvafiq tədbirlər planından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunlarının hərbi hissələrinin şəxsi heyəti iyunun 20-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Əmrdə həmçinin qeyd olunur ki, bütün strateji əhəmiyyətli obyektlər, o cümlədən su, hava, dəmiryolu nəqliyyatında, avtovağzallarda, limanlarda, metropolitendə, xarici ölkələrin diplomatik nümayəndəliklərinin, qonaqların və idmançıların yaşayacaqları mehmanxanaların mühafizəsi daha da gücləndiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA