15-06-2016 [11:29]
Azərbaycan Tibb Universiteti (ATU) və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbiri giriş sözüi ilə ATU-nun rektoru, professor Gəray Gəraybəyli açaraq, toplantı iştirakçılarının qarşıdan gələn bayramını təbrik etdi. Daha sonra Azərbaycan Dövlət Himni səsləndirildi.
ATU rektoru Gəray Gəraybəyli bildirdi ki, biz müasir Azərbaycanımızın müasir tarixini yaşayırıq: "Müasir həyatımızda son 25 ildə bir çox çətin, təhlükəli, məqamlar yaşanıb. 23 il öncə iyunun ortaları hamının xatirindədir. Nə dərəcədə çətin, gərgin, həyəcanlı anlar yaşayırdı ölkəmiz. Biz bunu tam əminliklə deyə bilərik ki, Azərbaycanın müstəqillik tarixində 1993-cü ilin iyun ayını ən ağır aylardan hesab etmək olar. Çünki o zaman iqtidarda olan bir çox rəhbərlər, xarici ölkələrdə müəyyənləşən radikal toplantılarda ölkəmizi dağıtmaq istəyirdilər və çətinliklə qazandığımız müstəqilliyi böyük bir risk altında qoyurdular. Hər gün bir-birindən həyəcanlı xəbərlər gəlirdi respublikamızın müxtəlif zonalarından".
Rektor G. Gəraybəylinin sözlərinə görə, bu çətin məqamda bütün xalqın diqqəti Naxçıvanda olan Ümummilli lider Heydər Əliyevə yönəlib: "Bu baxışlar ona gətirib çıxartdı ki, Ulu Öndər Heydər Əliyev cənabları 15 iyunda Bakıya qayıtdı. Bu gün artıq o hadisələrdən xeyli vaxt keçsə də, istər tarixçilər, istərsə də ictimai və siyasi xadimlər, həmçinin xalqımız bu prosesləri analiz edir. 15 iyun - Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdığı gün bizim qurtuluş günümüzdür. Bizlərin borcudur ki, bu hadisələri, Ulu Öndərin Azərbaycan xalqı üçün etdiklərini gənclərimizə çatdıraq”.
Daha sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki, həyata keçirilən uğurlu daxili və xarici siyasət, xalqın milli-mənəvi dəyərlərindən çıxış etməklə görülən işlər Heydər Əliyevi xalqımızın Milli Liderinə çevirməklə bərabər, Azərbaycanı da dünyanın qabaqcıl dövlətləri sırasına yüksəltdi.
Asif Əsgərov həmçinin müasir dövrümüzdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini söylədi: "Bu gün Azərbaycan dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığını yüksək şəkildə davam etdirir. Dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə tanınan Azərbaycan bu gün həm də idman ölkəsidir".
Tədbirin davamında Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edərək, ilk öncə tədbir təşkilatçılarına təşəkkür edərək, hər kəsin bayramını təbrik etdi: "Çox sevindirici haldır ki, mən bu gün belə bir möhtəşəm tədbirdə çıxış edirəm. Ulu Öndər Azərbaycanda iki dəfə hakimiyyətə gəlib. Heydər Əliyev ikinci dəfə də hakimiyyətə gələndə ölkəmizdə çox ağır iqtisadi şərait hökm sürürdü”.
Daha sonra ATU-nun I daxili xəstəliklər və reanimatologiya kafedrasının müdiri İsfəndiyar İsmayılov çıxış edərək, Milli Qurtuluş günü barədə danışdı.
Tədbir iştirakçılarına Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış video-çarx nümayiş olundu.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi