15-06-2016 [10:22]
ATƏT Dağlıq Qarabağ üzrə zirvə görüşünə hazırlıqda iştirak etmir. Bu barədə ATƏT-in mətbuatla əlaqələr şöbəsinin rəhbəri vəzifəsini icra edən Nataşa Radjakoviç deyib.
O, jurnalistlərin Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan üçtərəfli görüşü barədə suallarına cavab verməyib və bildirib ki, ATƏT Dağlıq Qarabağa dair sammitin təşkilinə cəlb olunmayıb, ona görə bu görüş barədə şərh verə bilməz: "Bizim bildiyimiz qədər bu görüş Rusiyanın təşəbbüsü ilə həyata keçirilir. Odur ki, məsələ ilə bağlı suallarınızı Rusiya hakimiyyətinə ünvanlaya bilərsiniz".
Ötən gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verərək bildirib ki, Vladimir Putin iyun ayının 20-də Azərbaycan və Ermənistandan olan həmkarları ilə Sankt-Peterburqda Dağlıq Qarabağ probleminin həlli məsələsini müzakirə edəcək.
Onun sözlərinə görə, iyun ayının 20-də bazar ertəsi günü Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır. Əvvəlcə Rusiya prezidentinin İ.Əliyev və S.Sarkisyan ilə təkbətək görüşəcəyi gözlənilir. Daha sonra üç prezident birgə danışıqlar aparacaq.
Uşakov qeyd edib ki, Rusiya tərəfi münaqişənin həlli üçün tərəflərə kömək etmək üçün aktiv addımlar atacaq. O qeyd edib ki, ölkəsi aprel ayında təmas xəttində döyüş əməliyyatlarının dayandırılmasında həlledici rol oynayıb:
"İndi biz ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə tam əməkdaşlıq prinsipləri əsasında təklif edilən vasitəçilik missiyasını yerinə yetiririk. Görək bu üçtərəfli görüş nə nəticə verəcək. Biz maraqlı və fəal dialoq aparmaq istəyirik”.
anspress
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi