Təyyarə qəzasında həlak olan Polza prezidentinin meyiti bu gün Varzavaya aparılacaq

img

11-04-2010 [03:29]


Polşa prezidenti Lex Kaçinskinin meyiti bu gün Varşavaya aparılacaq. Bu barədə jurnalistlərə Smolensk qubernatorunun mətbuat katibi Andrey Yevseyenkov məlumat verib. "Hazırda istintaq-əməliyyat tədbirləri keçirilir. Onlar qurtarandan sonra Polşa prezideti ilə vida mərasimi olacaq. Onun cəsədi Smolensk morqundan hava limanına gətiriləcək. Bundan sonra isə meyit varşavaya göndəriləcək", deyə o bildirib. Onun məlumatına görə, mərhum Polşa prezidenti Lex Kaçinskinin xanımının cəsədi artıq Moskvadadır. Qeyd edək ki, Polşa prezidenti Lex Kaçinski və həyat yoldaşının olduğu Tu-154 tipli təyyarə Rusiyanın Şimali Smolensk hərbi aerodromunda uçuş zolağından 500 metr məsafədə qəzaya uğrayıb və qəza zamanı 97 nəfər həlak olub. Rusiya mətbuatının məlumatına görə, insident təyyarə yerə eniş edən zaman baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA