İcra başçılarına əlavə səlahiyyət verildi - Dəyişiklik qüvvəyə mindi

img

14-06-2016 [19:41]


Milli məclisin plenar iclasında "Notariat haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişiklik notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının apardığı notariat hərəkətləri ilə əlaqədardır.

Dəyişiklik notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının apardığı notariat hərəkətlərinin sayının artırılmasını nəzərdə tutur.

Dəyişiklik müvafiq icra hakimiyyəti orqanlarına sahəsi beş hektardan çox təşkil etməyən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq etmək hüququnun verilməsini ilə bağlıdır.

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna da anoloji dəyişiklik təklif edilib. Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov ucqar dağ kəndlərində icra nümayəndələrinə hətta kəbin kəsmək səlahiyyəti verildiyini bildirib: "Məncə, yerli icra hakimiyyəti orqanlarına sahəsi beş hektardan çox təşkil etməyən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq etmək hüququnun verilməsi normal haldır”.

Hər iki qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA