Yol polisi DTX və XTX-nın maşınlarını saxlamayacaq - DİN-dən dəyişiklik

img

14-06-2016 [17:49]


Daxili İşlər Nazirliyi "Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat”da dəyişiklik edib.

Mia.az xəbər verir ki, bu Təlimat Dövlət Yol Polisi (DYP) tərəfindən mexaniki nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət fəaliyyətini tənzimləyir.

Dəyişikliyə əsasən, Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin əməliyyat avtomobilləri texniki vəziyyətə görə müayinə edilmək məqsədilə saxlanılmayacaq.

Qeyd edək ki, bu Təlimata əsasən, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməliyyat avtomobilləri də texniki vəziyyətə görə müayinə edilmək məqsədilə saxlanılmayıb.

MTN ləğv edilərək, bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA