Məmurlar bu qayda pozuntusuna görə cəzalanacaq - Yeni qanunı

img

14-06-2016 [15:32]


Azərbaycanda vətəndaşların müraciətlərinə (ərizə, şikayət və təklif) baxılması qaydasında pozuntular məsuliyyət yaradacaq.

Bu, Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 594-1-ci maddəyə əsasən, vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərə göndərilməsinə, eləcə də dövlət orqanlarının və vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsinə görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimələnir.

Vətəndaşların qəbulunun "Vətəndaşların müraciətləri haqqında” qanunun tələblərinə uyğun olaraq, nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda həmin əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA