14-06-2016 [15:25]
Bir neçə gün öncə keçmiş MTN əməkdaşı Ərəstun Oruclu Eldar Mahmudovun əlində 2800 ədəd kompromat xarakterli intim video kaset olduğunu bildirib.
Eldar Mahmudov haqqında kifayət qədər faktlar ortada olsa da, ancaq sabiq nazir hələ də azadlıqdadır. Buna səbəb isə çox güman əlində olan şantaj materiallarıdır.
Eldar Mahmudovun niyə həbs edilməməsi barədə öz fikirlərini Milli Təhlükəsizlik Nazirliyinin istefada olan polkovnik-leytenantı, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl Ölkə.Az-la bölüşüb: "Eldar Mahmudovun əlində çoxlu faktlar ola bilər. Əgər Eldar Mahmudovun əlində 2800 video varsa onun 2790-nı siyasi qərar qəbul etmək üçün heç nədir.
Görünür, o videoların içərisində elələri var ki, şantaj xarakterlidir. Şantaj xarakterli olduğuna görə də siyasi qərar verilmir, işin başında duran şəxs həbs olunmur. Bu prosesin içərisində olan şəxslər var ki, onlardan da bir neçəsi həbs olunmayıb. Bütün bunlar göstərir ki, Eldar Mahmudovun əlində çox güclü kompromatlar var.
Əldə olan faktların sayı önəmli deyil, məsələyə təsir edə biləcək şəxslərə qarşı şantaj materialı olduğuna görə Eldar Mahmudov toxunulmaz qalıb. Yerdə qalan videoların təsir gücü siyasi qərar verməyə yaramır.
Eldar Mahmudovun həbs olunmamasının səbəbi istintaqla bağlı deyil. Elə tapşırıqlar, sifarişlər olub ki, Eldar Mahmudovun komandası bunu əllərində saxlayıblar. Komanda olaraq bu işlərin üstünün açılmasına hazırlıqlı olublar.
O videoların hələ ki, bir neçəsi buraxılıb. Hansısa komitə sədrinin, jurnalistin, varlı bir şəxsin - arvadın ərə, ərin arvada xəyanət videolarını çəkib saxlayıblar. Kiminsə sekslə məşğul olması heç kimə maraqlı deyil. Məşğul olur, yaxşı edir. Onlar xəyanət videolarını çəkiblər ki, sabah əllərində fakt kimi istifadə etsinlər. Azərbaycan tam olaraq köklənib seks kaseti məsələsinə, ancaq məsələ təkcə seks kaseti deyil. O kasetlərin hətta 2790 ədədi siyasi qərar qəbul etmək üçün boş şeydir".
Qeyd edək ki, Eldar Mahmudov 17 oktyabr 2015-ci ildə MTN ətrafındakı məlum qalmaqaldan sonra nazir vəzifəsindən azad edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi