14-06-2016 [14:57]
Azərbaycanda və xarici ölkələrdə təhsil alan, Azərbaycan vətəndaşı olan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək.
Bu məsələ Milli Məclisin növbədənkənar plenar iclasında qəbul olunan "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb.
İndiyə qədər Azərbaycanda ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək, xarici ölkələrin siyahısı Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət verilib.
Dəyişikliyə əsasən, bundan sonra Azərbaycanda əyani təhsilalma formasında magistraturada, doktoranturada, xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsinin magistratura və doktorantura səviyyələrində də təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.
****
"Azərbaycanda çağırışçı problemi yoxdur". Bunu Milli Məclisin növbədənkənar iclasında Azərbaycanda və xarici ölkələrdə təhsil alan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verilməsini nəzərdə tutan "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirən millət vəkili Zahid Oruc bildirib. Z. Oruc deyib ki, bir alim hərbi xidmətdə olmayacaqsa, yerinin boş qalacağını, yaxud ermənilərin güclənəcəyini heç kim düşünməsin: "Hətta yaxın 10 ildə də çağırışçıların sayını proqnozlaşdıra bilərik. Mən alimlərimizin sayına da diqqət çəkmək istəyirəm. 10 min alimimiz var. 10 min nəfərə 1 alim düşür. İndi 30 yaşında alim tapmaq çətindir. Magistrlərə möhlət hüququnun ləğv edilməsi buna təsir etdi. Orta məktəblərdə müəllimlərin 93 faizi xanımdır. Gənclərimizin kişi kimi hazırlanmasında kişi müəllimlərin rolu əhəmiyyətlidir. Magistrlərin arasında da oğlanların sayı azdır. Məsələn, Bakı Dövlət Universitetində magistrlərin 83 faizi xanım, 17 faizi oğlandır. Dövlət başçısı tərəfindən atılan bu addım, elmdə fasiləsizliyin təmin edilməsi elmin inkişafına səbəb olacaq. Azərbaycan elmi cavanlaşmalıdır”. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, dövlət başçısının təşəbbüsü ilə qanunvericiliyə belə bir dəyişiklik təklif edilib: "Bu, təhsildə fasiləsizliklə bərabər, elmin də inkişafına səbəb olacaq”. Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Ziyafət Əsgərov nəzərə çatdırıb ki, hazırda bakalavr pilləsini bitirən gənclər magistraturaya imtahan verə bilmirlər: "İndi necə olacaq? Bakalavr pilləsini bitirən gənc magistraturaya qəbul olacaqsa, magistraturanı bitirdikdən sonra doktoranturaya da imtahan verə biləcək. Bununla da təhsildə fasiləsizlik təmin olunacaq. Bakalavr pilləsini bitirən gənc magistraturaya qəbul ola bilməyəcəksə, hərbi xidmətə getməlidir. Çünki möhlət hüququ bir dəfə verilir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi