Nazir dərs ilinin uzadılmasından danışdı - Açıqlama

img

14-06-2016 [14:13]


Təhsil naziri Mikayıl Cabbarov Şuşa şəhər 1 saylı tam orta məktəbdə  keçirilən "Son zəng” tədbirinə qatılıb. 

Nazir tədbirdən sonra jurnalistlərin suallarına cavab verib. Cabbarov tədris ilinin iyunun 14-də başa çatması ilə bağlı yaranan narazılıqlara münasibət bildirib:  "Hər bir müəllim və şagirdi tədris ilinin başa çatması  münasibəti ilə təbrik edirəm. O cümlədən məzunlarımıza müstəqil həyatlarında uğurlar arzulayıram. Tədrisin məzmununun və təşkilinin  təkmilləşdirilməsi bizim daimi  diqqətimizdədir, bu istiqamətdə fəaliyyətimiz davam etdiriləcək”.

Nazir  rus bölməsində təhsil alan 500 şagirdin 2 alması ilə bağlı yayaılan məlumatlara da aydınlıq gətirib:  "Bu il üçün olan nəticələr bizə təqdim edilməyib. Mənim üçün maraqlıdır ki, bu məlumat mediada mövcuddur, amma nazirlik xəbərsizdir. 2 alan şagird sayı barədə danışmaq çətindir. Çünki bizdə bu haqda məlumat yoxdur. Qanunvericiliyə əsasən, o məlumat Təhsil Nazirliyinə təqdim edilməlidir. Ondan sonra bu haqda danışmaq olar.  Apardığımız müşahidəyə görə, son üç ildə şagirdlərin bilik səviyyəsi artıb. Bu da müsbət nəticədir”.

Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA