Azərbaycan Prezidenti Polza Seyminin sədrinə bazsağlığı verib

img

10-04-2010 [08:29]


Azərbaycan Prezidenti İlham Əliyev Polşa Respublikası prezidentinin vəzifəsini icra edən Polşa Respublikası Seyminin sədri Bronislav Komorovskiyə başsağlığı teleqramı göndərib. Başsağlığı teleqramında deyilir: ?Hörmətli cənab Bronislav Komorovski, Polşa xalqına və bütün Avropa ailəsinə üz vermiş ağır itki - Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin və xanımı Mariya Kaçinskanın, Polşa Prezidenti Administrasiyasının məsul işçilərinin, Senat və Seym üzvlərinin, Polşa ordusunun yüksək rütbəli zabitlərinin təyyarə qəzasında faciəli surətdə həlak olması məni həddindən artıq sarsıtdı. Prezident Lex Kaçinskinin simasında dünya birliyi və polyak xalqı yüksək mənəvi keyfiyyətlərə malik insanı, bütün həyatını fədakarlıqla xalqına həsr etmiş böyük dövlət xadimi və siyasətçini itirdi. Bu dəhşətli qəza ilə bağlı mənim Polşa xalqına və həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığımı çatdırmağınızı xahiş edirəm. Polşa ilə Azərbaycan arasında sıx dostluq və əməkdaşlığın qurulmasında Prezident Lex Kaçinskinin müstəsna xidmətləri olub. Biz həm qarşılıqlı səfərlər zamanı, həm də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşmüş, ən müxtəlif məsələlər ətrafında müzakirələr aparmışdıq. O, Azərbaycan xalqının dostu olmaqla yanaşı, ölkəmizdə yaxşı tanınan və sevilən Avropa siyasətçilərindən biri idi. İki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi böyük töhfəyə görə Azərbaycanın ən ali mükafatına ? "Heydər Əliyev" ordeninə layiq görülmüşdü. Bu çətin anlarda qardaş Polşa xalqına səbir və dözüm diləyir, onun kədərinə şərik olduğumu bildirirəm. Polşa xalqının böyük oğlunun xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA