14-06-2016 [13:09]
Goranboyda aparılan qızıl əməliyyatı ilə bağlı bəzi ilginc məqamlar ortaya çıxıb. Məlum olub ki, artıq məsələ ilə bağlı cinayət işi açılıb və bəzi məmurların cəzalandırılması istiqamətində işlər aparılır.
AzNews.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı rayon polis şöbəsində saxlanılan şəxslərin sərbəst buraxılması üçün icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev hüquq-mühafizə orqanlarına tapşırıqlar verib. Lakin onun sözünə qulaq asan olmayıb. Hətta rayon polis şöbəsinin rəisi ilə icra başçısı arasında mübahisənin yarandığı barədə də məlumatlar var.
Bildirilir ki, N. Quliyev əməliyyat zamanı saxlanılan köməkçisi Fuad Əliyevin sərbəst buraxılmasına nail olsa da, digər şəxslərin azadlığa çıxmasına müvəffəq ola bilməyib.
O da qeyd olunur ki, hazırda polis şöbəsində saxlanılan "Azəryolsevis”in əməkdaşı Misir Ələkbərov Azərbaycanın ən sanballı oliqarxlarından birinin qardaşıdır. Həmin oliqarx isə nazirlərdən birinin ortağı, yaxın adamıdır. Əməliyyatda saxlanılan şəxslərin sərbəst buraxılması üçün icra başçısının rəislə "danışıqlar”ı zamanı həmin nazirin də adı çəkilib. Lakin polis rəisi nazirliyin göstərişi olmadan belə bir addım ata bilməyəcəyini deyib. Elə bu da rəislə icra başçısının mübahisəsinə səbəb olub.
Bu arada Azpolitika.info saytı məlumat yayıb ki, bu məsələyə görə rayonda vəziyyət kifayət qədər gərgindir. Hətta icra başçısının bu səhvinə görə postdan uzaqlaşdırılacağı barədə şayiələr dolaşır.
Həmin hadisənin iştirakçısı olduğu deyilən, icra başçısının köməkçisi Fuad Əliyev yenidən məsələ ilə bağlıAzNews.az-a açıqlama verib. O, Dövlət Təhlükəsizlik Xidmətinin rayonda belə bir əməliyyat apardığını təsdiqləyib: "Əməliyyat keçirilib. Bizə məlumat verildi ki, burada qazıntı işləri aparılır. Biz bilmirik ki, orada qızıl, yoxsa gümüş çıxarırlar. Goranboy Rayon İcra Hakimiyyəti də məsələ ilə bağlı aidiyyəti orqanlara məlumat verib. Aidiyyətı orqanlar da öz işlərini aparırlar. Məlumatla bağlı araşdırma aparılıb. Düzdür, hadisə yerinə gedib baxmamışıq. Lakin bizə çatan məlumata görə, nə isə etmək istəyiblər, amma vaxtında qarşısı alınıb”.
F.Əliyev əməliyyat zamanı heç bir məmurun həbs olunmadığını iddia edib. Başçının köməkçisi hazırda iş başında olduğunu, onunla bağlı heç bir problem olmadığını deyib: "Mən dünən işdə deyildim. Amma bu gün işə qayıtdım ki, başqa problemlər yaranmasın. Mənim həqiqətən heç bir problemim yoxdur, hazırda işimin başındayam. O əməliyyatla da heç bir əlaqəm yoxdur”.
İcra başçısının nümayəndəsi bu işlə heç bir əlaqəsinin olmadığını desə də, aidiyyəti qurumlar bu işdə günahı olan adamların cəzalandırılması istiqamətində fəaliyyətə başlayıblar.
Məsələ diqqətimizdədir, əlavə məlumat veriləcək.
Xatırladaq ki, iyunun 12-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Goranboy rayonunda böyük əməliyyat keçirib. Məlumata görə, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslər bu ayın 11-dən 12-ə keçən gecə ifşa olunub. Yerli polisin də iştirak etdiyi əməliyyatda dövlətin təbii sərvətini ələ keçirməyə çalışan bir neçə məmur saxlanılıb. Saxlanılanlar arasında əməliyyat vaxtı icra başçısının əraziyə nömrəsiz avtomobillə gəlmiş Fuad Əliyev adlı köməkçisi, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Yol İdarəsinin («Azəryolservis») rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi