Keçmiş icra başçısı ilə bağlı müəmma - Nazirlik Mübariz Ağayevin nazir müavini təyin edilmədiyini deyir

img

14-06-2016 [11:43]


Ötən gün vəzifəsindən azad edilən Göyçayın icra başçısı Mübariz Ağayevin kənd təsərrüfatı naziri Heydər Əsədovun müavini təyin olunması, adıçəkilən nazirlik tərəfindən təsdiqlənməyib.

Məsələ ilə bağlı Kənd Təsərürfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mutuzəli Hacıyev Modern.az saytına məlumatın doğru olmadığını bildirib: "Deyilənlər həqiqətə uyğun deyil. Kənd Təsərrüfatı Nazirliyində nazirə yeni müavin təyin olunması barədə rəsmi məlumat yoxdur”. 

Onu da qeyd edək ki, bu təyinatla bağlı iddiaları araşdıran Strateq.az-a məlum olub ki, Prezident tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin əsasnaməsində nazirin iki müavin postu yaradıldığı əksini tapıb. Bunlardan birinə İlham Quliyev, digərinə isə Seyfəddin Talıbov rəhbərlik edir. Bu günədək də hər iki nazir müavini öz vəzifələrinin başındadır. 

Bütün bunlara rəğmən, maraqlıdır ki, sabiq icra başçısı Mübariz Ağayev vəzifədən azad edildiyi gün nazir müavini təyin edildiyini açıqlayıb. Hətta buna görə prezidentə mətbuat vasitəsiylə təşəkkür də edib. 

Bu zaman ortaya  belə haqlı sual çıxır: "Əgər Mübariz Ağayev nazir müavini təyin edilibsə, o, hansı müavini əvəzləyib?". Və yaxud tərəflərdən hansı yalan danışır?

Bu sualla bağlı nazir müavini İlham Quliyevdən münasibət öyrənmək istəsək də, onunla danışmaq mümkün olmadı. Ancaq nazirliyin rəsmi saytında apardığımız axtarış zamanı hər iki müavinin hələ də öz postlarında olduğu təsdiqlənib. Üstəlik, uzun və mərhələli prosedurlardan keçməli olan nazirliyin əsasnaməsində də hər hansı bir dəyişiklik edilmədiyi faktdır. Demək ki, keçmiş icra başçısının nazir müavini təyinatını təkzib edən Mutuzəli Hacıyev hələki haqlı görünən tərəfdir...




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA