Nazir Prezident Administrasiyasının şöbə müdirinin əmisi oğlunu işdən çıxardı - Yeni təyinat

img

14-06-2016 [11:18]


Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin müvafiq əmri ilə Abşeron Telekommunikasiya Qovşağına yeni rəis təyin olunub.

Mia.az-ın məlumatına görə,  həmin vəzifəyə Tofiq Cəlalov təyin olunub. 

Xatırladaq ki, Abşeron Telekommunikasiya Qovşağının əvvəlki rəisi Əyyub İsmayılov idi. 

Mia.az onu da bildirir ki, Əyyub İsmayılov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun əmisi oğludur.

Məlumata görə, nazir Ramin Quluzadə vəzifəyə gələndən sonra onun da rəhbərlik etdiyi qovşaqda ciddi yoxlama aparılıb və çoxsaylı qanun pozuntuları aşkarlanıb...

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA