Ramazan ayının səkkizinci gününün – Təqvim və Duası

img

13-06-2016 [22:41]


Bu gün Azərbaycanda Ramazan ayının 8-ci günüdür.

Mia.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir ki, səkkizinci günün imsak vaxtı saat 03:08, iftar vaxtı isə 20:29-a təyin olunub.

İmsak vaxtının duası:

"Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.

Tərcüməsi: "İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək yedirtməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə, Öz qüdrətin sayəsində, ey Ümid edənlərin Pənahı!”.

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA