13-06-2016 [21:12]
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Bakının "Sovetski” adlanan ərazisində sahəsi 25 kvadratmetrdən az olan evlərin sakinlərinin daha bir qisminə yeni mənzillərin açarları təqdim edilib.
Mia.az xəbər verir ki, həmin sakinlər Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yenidənqurma və əsaslı təmir işləri aparılan binaya köçürülüb.
Bakı şəhərinin Baş planının icrasının təmin olunması, şəhərdə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin davam etdirilməsi məqsədilə Yasamal rayonu ərazisindəki keçmiş Sovetski adlanan ərazidəki yaşayış və qeyri-yaşayı sahələrinin köçürülməsi prosesinə başlanılıb. İlkin mərhələdə qanunvericiliyə uyğun olaraq sakinlərdən yaşayış və qeyri-yaşayış sahələrinin satın alınma prosesi razılaşma ilə alqı-satqı müqavilələri əsasında həyata keçirilir. Sonradan isə Nazirlər Kabinetinin qərarına əsasən, Yasamal rayonunda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə "Sovetski” adlanan ərazinin bir hissəsində daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasına başlanıb və hazırda bu işlər davam etdirilir.
Əvvəlcə 2015-ci ilin iyulunda Nərimanov rayonu Fətəli xan Xoyski küçəsi, 98 a ünvanında "Sovetski”dən köçürülən sakinlərdən azsahəli mənzillərdə yaşayan ailələrə və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinə sahəsi 45 kv. m olan 9 mərtəbəli, 2 bloklu və 2 otaqlı binada tamamilə rekonstruksiya olunan, hər bir kommunal şəraitlə təchiz edilən 104 mənzil istifadəyə verilib. Koroğlu Rəhimov küçəsi 9 ünvanında yerləşən 9 mərtəbəli bina da əsaslı təmir olunub.
Qeyd olunub ki, dövlət başçısının göstərişi ilə Koroğlu Rəhimov küçəsindəki binanın 8 mərtəbəsində tam təmir olunan 120 mənzil yerləşir. Buradakı mənzillər sakinlərin "Sovetski” adlanan ərazisindəki mövcud yaşayış sahələrindən 2-3 dəfə böyükdür.
Mənzillərin bölüşdürülməsi iyunun 11-də tam şəffaf şəkildə, sakinlərin iştirakı ilə püşkatma yolu ilə həyata keçirilib.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Şahmar İbadov isə mənzillərin yüksək keyfiyyətlə təmir olunduğunu diqqətinə çatdırdı və yeni mənzil sahiblərinin sənədlərinin vaxtında veriləcəyini bildirdi.
Mərasimdə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti başçısının I müavini, köçürmə üzrə işçi komissiyasının sədri Səməd İslamov bildirdi ki, yaşayış üçün yararsız azkvadratlı mənzillərdə yaşayan sakinlərin istəkləri bu dəfə də nəticəsiz qalmayıb. Prezident İlham Əliyevin diqqəti nəticəsində ötən il olduğu kimi, bu il də köhnə mənzillər yeniləri ilə əvəzlənib. Yeni mənzillərin verilməsi bu məqsədlə yaradılan Komissiyanın apardığı araşdırmaların nəticələrinə uyğun olaraq, digər yaşayış sahələri olmayan, daha çətin mənzil şəraiti olan sakinlərə şamil edilib.
Qeyd edək ki, sərəncamla alqı-satqı proseduru, həmçinin yeni mənzillərə dair mülkiyyət sənədlərinin rəsmiləşdirilməsi üçün aidiyyatı dövlət orqanlarına tapşırıqlar verilib.
Sonra 111 ailəyə yeni mənzillərin açarları təqdim edilib. Evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. İstilik sistemi, rabitə xətləri ilə tam təchiz olunub. Şəhərin mərkəz hissəsində yerləşən bu binanın həyətində sakinlərin istirahəti üçün rahat şərait də yaradılıb, park salınıb.






Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi