Sabah hava necə olacaq? – Proqnoz açıqlandı

img

13-06-2016 [12:53]


Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah mülayim cənub küləyi ilə əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA