13-06-2016 [12:49]
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bir neçə gün əvvəl Göyçay rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin vəzifəsindən azad olunub. Onun boşalan postuna isə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə təyin edilib.
Təyinatlarda diqqətçəkən məqamlardan biri də odur ki, azad olunan icra başçısı Mübariz Ağayev Kənd təsərrüfatı naziri Heydər Əsədovun müavini təyin edilib.
Mia.az xəbər verir ki, hələlik nazirlikdən bu fakt təsdiqlənməsə də, sabiq icra başçısı mediaya açıqlamasında nazir müavini təyinatı haqda açıqlama verib. Bildirib ki, bu etimada görə Prezidentə təşəkkür edib...
Mia.az onu da xəbər verir ki, bu və ya digər təyinatlarla bağlı "Reytinq” qəzeti yazıb ki, Mübariz Ağayev icra başçısı kimi ona göstərilən etimadı doğrultmadığı üçün vəzifəsindən alınıb: "Mübariz Ağayev 27 yanvar 2015-ci ildə Göyçaya icra başçısı təyin edilsə də, ötən bir il altı ay ərzində o, qarşısına qoyulan vəzifələri icra edə bilmədi. Ona görə də başçı vəzifəsindən azad olundu. Düşünürəm ki, onun nazir müavini təyinatı da işgüzarlığına görə deyil, məhz nəqliyyat naziri Ziya Məmmədovun "çətir”i altında olmasından irəli gəldi.
Bu yerdə yada salaq ki, Mübariz Ağayevin müavini olduğu nazir Heydər Əsədovla Ziya Məmmədov qudadırlar. Sabiq icra başçının nazir müavini təyinatında məhz bu faktorun həlledici olduğu da bu səbəbdən təəccüblü deyil”.
Müsahibimiz deyir ki, Mehdi Səlimzadənin təyinatı bir çoxları üçün gözlənilməz olsa da, əslində, o, illərdir rayonların birinə icra başçı göndərilməsinə çalışıb: "Mənim bildiyimə görə, o, daha çox doğulduğu rayonun – İmişlinin icra başçısı vəzifəsinə can atıb. Amma görünən odur ki, İmişlinin hazırkı icra başçısı Vilyam Hacıyev laxlayan mövqeyini xeyli gücləndirib. Ona görə də Mehdi Səlimzadənin doğma rayonuna təyinatı gerçəkləşmədi”.
Məlumatlı şəxs deyir ki, adı çox ciddi qalmaqallarda hallanan Vilyam Hacıyevin də İmişilidəki vəzifə ömrü uzun çəkməyəcək: "Tək o, deyil, hazırda 15-dən çox icra başçısını ciddi sınaq mərhələsindədir. Mənim bildiyimə görə, İmişli, Sabirabad, Hacıqabul, Bərdə, Şamaxı, Lənkəran, Cəlilabad, Ağstafa, Xaçmaz, Xanlar, Leriklə yanaşı, Bakının 3 rayonunun icra başçıları "tikan” üstə oturublar. Bu ilin sonunadək Prezidentin bu rayonların icra başçılarını mərhələlərlə vəzifələrindən azad edəcəyi gözlənilir”.
Məlumatlı şəxs deyir ki, bu rayonlardan bəzilərinin icra başçılarına hələ bir neçə ay əvvəl açıq şəkildə xəbərdarlıq edilib: "Məsələn, Bərdənin icra başçısı Vidadi İsayev prezidentin pambıq əkini ilə bağlı tapşırıq və tövsiyyələrinə etinasız yanaşdığından ona bir neçə ay əvvəl sərt xəbərdarlıq edilib. Hətta qısa müddətdə rayonda pambıq əkini sahəsini nəzərdə tutulduğu səviyyəyə çatdırmadığı təqdirdə, prezidentə məruzə edilərək, vəzifədən çıxarılacağı da şəxsinə çatdırılıb. Həmin vaxtı rayona dönən Vidadi İsayev qısa zaman ərzində pambıq əkin sahəsini tələb olunan səviyyəyə qaldırdığını Prezident Administrasiyasına məruzə edib. Onun bunu kağız üzərində edib-etmədiyi isə yəqin ki, yığım zamanı ortaya çıxacaq məhsuldarlıqla aydınlaşacaq. Əgər o, yalan statistika ilə yuxarı qurumları aldadarsa, bu, ona daha baha başa gələcək. Buna şübhə etmirəm. Ümumiyyətlə, bu il kənd təsərrüfatı ilə bağlı nəzərdə tutulan nəticələri əldə etməyən, o cümlədən prezidentin qarşıya qoyduğu tələblərə cavab verməyən rayon rəhbərlərini heç də müsbət sonluq gözləməyəcək. Əminəm ki, bu dəfə heç kimə güzəşt olunmayacaq”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi