13-06-2016 [11:53]
"Qərb İrana qarşı sanksiyalar tətbiq etdikdə rəsmi Bakı bu qərarın əleyhinə çıxdı. İranda bəziləri şübhələnirdi ki, guya ABŞ və İsrail Azərbaycan torpaqlarından İrana qarşı istifadə edə bilər. Azərbaycan hakimiyyəti bu iddiaları da rədd etdi, üstəlik bir daha bəyan etdi ki, üçüncü ölkələrin Azərbaycan ərazisindən İrana qarşı istifadəsinə heç bir halda icazə verilməyəcək".
Mia.az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Qərb İrana qarşı sanksiyalar tətbiq etdiyi illərdə belə, Azərbaycan qonşu ölkə ilə əməkdaşlıqdan çəkinmirdi:
"Bu dəfə isə ABŞ diplomatik kanallarla Azərbaycan hakimiyyətinə təsir edirdi ki, İran Bakıdakı bankların imkanlarından istifadə etməsin. Yəni sanksiya illərində Azərbaycan İranla əməkdaşlığa görə, Vaşinqtonun təzyiqi ilə üzləşib.
İrana qarşı nüvə məsələsi ilə bağlı sanksiyalar aradan qaldırılandan sonra Azərbaycan-İran əməkdaşlığının genişləndirilməsi barədə diskussiyalar gücləndi. Rəsmi Tehranın özü də Azərbaycanla əməkdaşlıqdan faydalanmaq istədiyini bildirdi. Bunun qarşılğında şimal-cənub nəqliyyat dəhlizi ilə bağlı işlər sürətləndi və Azərbaycan üzərindən Rusiya ilə İranı birləşdirəcək dəmir yolunun tikintisi sürətləndi. İran Cənubi Qafqazın açar ölkəsi olan Azərbaycanla digər layihələri də müzakirə etməyə maraq göstərir".
Müsahib deyir ki, ancaq belə bir ərəfədə Tehran qəfil Ermənistanla əlaqələri intensivləşdirməyə qərar verdi:
"Əvvəlcə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrana dəvət edildi, viza anlaşması imzalandı, hazırda isə İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərə hazırlaşdığı açıqlanıb. Halbuki, diplomatik mənbələrdən verilən məlumatlara görə, Həsən Ruhaninin Ermənistandan əvvəl Azərbaycana gələcəyi gözlənilirdi. Bu haqda Tehranla Bakı arasında sözlü razılaşma da olub. Ancaq İran prezidenti Ermənistanı "qabağa” salmağa qərar verib. Tehran indiki həssas məqamda Ermənistanla münasibətlərdə diqqət olmalı və qarşılıqlı səfərləri təxirə salmalı idi. Bu siyasət Azərbaycanda və azərbaycanlılar arasında müsbət qarşılanardı. Olmadı".
E.Şahinoğlunun sözlərinə görə, Tehranın Ermənistan siyasəti yenidən Azərbaycanın hakimiyyət və ekspert dairələrində ciddi suallar yaradıb:
"Ermənistan kasıb ölkədir. Aydındır ki, İran Azərbaycandan fərqli olaraq Ermənistanla əməkdaşlıqdan iqtisadi qazanc əldə edə bilməyəcək. Azərbaycanla İran arasındakı layihələrdə Azərbaycan öz hissəsini, payını maliyyələşdirir, ortaq çalışmalara kreditlər ayıra bilir. Bunların heç birini Ermənistan edə bilmir. Ermənistan öz ərazisində hansısa layihəni reallaşdırmaq üçün xarici ölkələrdən vəsait axtarır. İndi əgər İran Ermənistan ərazisindən iri müəssisə yaratmaq istəsə Ermənistana kredit ayırmaq məcburiyyətində qalacaq.
Demək, İranın Ermənistanla əlaqələrini genişləndirməkdə məqsədi iqtisadi qazanc yox, Azərbaycan əleyhinə Ermənistanla siyasi ittifaqı gücləndirməkdir. Halbuki, son zamanlar İranın bəzi rəsmiləri və tanınmış din xadimləri Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayırdılar. Bu açıqlamalar Azərbaycanın siyasi dairələrində müsbət qarşılandı, düşünüldü ki, İranın siyasətində müsbət dəyişikliklər var. Ancaq Tehranın sonrakı addımlar göstərdi ki, İran hakimiyyətinin siyasətində dəyişiklik yoxdur".
Politoloq deyir ki, Tehran əvvəlkitək bölgədə güclü və inkişaf edən Azərbaycanın varlığından ehtiyat edir:
"Əks halda Qüds məsələsində ümumislam mövqeyindən çıxış edən Tehran müsəlman Azərbaycan torpaqlarının işğalına da ümumislam mövqeyindən yanaşmalıydı. Qüdsün işğalına görə İsraili düşmən elan edən Tehran Dağlıq Qarabağı işğal edən Ermənistanı isə əksinə dost dövlət adlandırır. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bir neçə gün əvvəl Tehrana səfər etmişdi. Mübariz Qurbanlı iranlı rəsmilərin və din xadimlərin diqqətinə Azərbaycanın işğal altındakı torpaqlarında məscidlər dağıdılması faktlarını çatdırdı. Bu məsələyə də İran rəsmilərindən və din xadimlərindən heç bir reaksiya yoxdur.
İran prezidentinin İrəvana səfəri yalnız Azərbaycanda deyil, İranda yaşayan azərbaycanlılar arasında da etirazla qarşılanacaq. İranın Təbriz və digər şəhərlərində küçə yürüşlərinin keçirilməsi də mümkündür.
Əlbəttə, rəsmi Bakı Tehranla əlaqələrinə davam etməli, nəqliyyat layihələrini reallaşdırmalıdır. Ancaq rəsmi Bakı İranın Ermənistanla əməkdaşlığına cavab olaraq Türkiyə və Qərb ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığını daha da genişləndirməlidir. Azərbaycan prezidenti ayrıca, Həsən Ruhaninin işğalçı Ermənistana səfərinə cavab olaraq İsrailə rəsmi səfəri və bu ölkədə Azərbaycan səfirliyinin açılmasını sürətləndirməlidir. İran işğalçı Ermənistanla yeni əlaqələr qurarkən, İsrail Azərbaycanın ərazi bütövlüyünü gücləndirəcək hərbi əməkdaşlığı genişləndirməyə həvəslidir. Demək, bu məsələdə İranın siyasi və dini dairələrinin Azərbaycana deyəcək məntiqi sözü yoxdur, olsa da məntiqi cavab alacaq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi