13-06-2016 [10:56]
"Əli İnsanov 1997-2000 -ci illər arasında mənə qarşı ən qeyri obyektiv mövqe tutan, səhiyyə idarələrində mənim əleyhimə gurultulu mitinqlər təşkil edən şəxs olub. Ancaq həbs olunandan sonra onun özünü aparması mənim ona qarşı olan neqativ münasibətimi yoxa çatdırdı”.
Mia.az xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında Milli Məclisin sabiq sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev Əli İnsanovdan danışarkən deyib.
Onun sözlərinə görə, təbiətcə kinli adam olmadığından, Əli İnsanova qarşı nifrəti yoxdur: "Mən elə bir adamam ki, lap qatı düşmənin belə pozitiv hərəkətinə heç vaxt neqativ münasibət bildirmərəm”.
Rəsul Quliyev Əli İnsanovun azadlığa çıxmasından sonra onun siyasətlə məşğul olmasının vacib olduğuna da diqqət çəkib: "Düşünürəm ki, Əli İnsanov hökmən siyasətlə məşğul olmalıdır və olacaq. O camaatın kifayət qədər rəğbətini qazanmağa nail olub”.
Sabiq spikerin "Əli İnsanov siyasi təşkilat yaratsa onu dəstəkləyəcəksinizmi?” sualına isə cavabı belə olub: "Əli İnsanov siyasi təşkilat yaradıb, məramını açıqlayandan sonra, real plan və proqramı olarsa, sözsüz dəstəkləyəcəyəm. Əks halda sadəcə uğurlar arzulamaqla kifayətlənəcəyəm”.
Rəsul Quliyevin sözlərinə görə, Əli İnsanovun ona münasibətinin dəyişib-dəyişməməsi elə böyük əhəmiyyət kəsb etmir: "Ona görə də Əli İnsanovun mənə münasibətinin dəyişib-dəyişmədiyi barədə düşünməmişəm. Onun nə düşündüyünü də bilmirəm. Amma Əli İnsanov 1994-2005-ci illərdəki baqaj və ruhla yaşasa onun xalqa elə bir köməyi dəyməz. Həbsxanadan verdiyi bəyanatlarla, əməl üst-üstə düşməsə, real nəticə də ola bilməz”.
Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi