Bu ay üç gün iş günü olmayacaq - Nazirlər Kabineti qərar verdi

img

13-06-2016 [10:38]


İyun ayında bayramlarla əlaqədər qeyri-iş günlərinin sayı açıqlanıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, ölkədə 15 iyun - Milli Qurtuluş günü kimi qeyd edilir. Buna görə də, çərşənbə günü iş olmayacaq. 

26 iyunda isə Azərbaycan Silahlı Qüvvələr günü qeyd ediləcək.

Bayram bazar gününə təsadüf etdiyi üçün 27 iyun qeyri-iş günü elan edilib.

Bununla da beşgünlük qrafiklə çalışanlar üç - şənbə, bazar və bazar ertəsi günü, altı gün işləyənlər isə 25-26-27 iyun tarixlərində istirahət edəcəklər. 

Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur. 

ANS


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA