Azad Rəhimov Küveyt Gənclər və idman məsələləri üzrə Dövlət Komitəsinin sədri ilə görüzəcək

img

10-04-2010 [02:16]


11 aprel 2010-cu il tarixlərdə Küveyt Dövlətinin Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Cəzzafın rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səfər çərçivəsində gənclər və idman sahəsində fikir mübadiləsinin aparılması, iki ölkə arasında əməkdaşlığın daha səmərəli inkişafını təmin etmək üçün əlaqələrin perspektivlərinin müzakirə edilməsi nəzərdə tutulub. Qonaqlar Gənclər və İdman Naziri Azad Rəhimovla da görüşəcək və eyni zamanda səfər proqramına uyğun olaraq Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında idman və gənclər sahəsində əməkdaşlıq sazişi imzalayacaqlar. Bununla yanaşı, Küveyt Dövləti nümayəndə heyəti Quba, Qusar, Şağan Olimpiya İdman Komplekslərində olacaq, Güləş üzrə Avropa çempionatının açılış mərasimində iştirak edəcək, respublikanın bir sıra gənclər təşkilatlarının üzvləri ilə görüşəcək, regionlar səfər edib, Azərbaycanın tarixi məkanlarında olacaqlar. Səfər 18 aprel tarixinədək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA