FHN Azərbaycanın zimal bölgəsində baz vermiz torpaq sürüzməsi ilə bağlı açıqlama yayıb

img

10-04-2010 [01:59]


Azərbaycan Fövqəladə Hallar Nazirliyi ölkənin şimal bölgəsində baş vermiş torpaq sürüşməsi ilə bağlı açıqlama yayıb. FHN-in mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, respublikanın şimal bölgəsində torpaq sürüşməsinə meylli sahələr 2010-cu ilin aprel ayının əvvəllərində yağıntılar nəticəsində fəallaşıb. Nəticədə Qusar rayonu, Urva kəndində torpaq sürüşməsi, təxminən, uzunluğu 100-120 metr, qırılma qaşının hündürlüyü 2,0-3,0 metr, sürüşmənin hərəkət istiqaməti yamac istiqamətində 100-150 metr aşağıya doğru çatlarla müşahidə olunur. Quba rayonu, Güləzi kəndində isə sürüşmə sahələrinin uzunluğu 800-1000 metr, eni 250-300 metr, qırılma qaşının hündürlüyü 0,3-0,5 metr, əmələ gəlmiş çatların eni 0,5-1,0 metr, dərinliyi isə 1,0-2,0 metr təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA