Polza prezidentinin təyyarəsi qəzaya uğrayıb, prezident, onun həyat yoldazı və hökumət nümayəndələri həlak olub (yenilənib)

img

10-04-2010 [01:55]


Polşa prezidenti Lex Kaçınski və həyat yoldaşının olduğu Tu-154 tipli təyyarə Rusiyanın Şimali Smolensk hərbi aerodromunda qəzaya uğrayıb. Rusiya mətbuatının məlumatına görə, insident təyyarə yerə eniş edən zaman baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 87 nəfər həlak olub və hazırda qəza yerində xilasedicilər işləyir. "Moskva vaxtı ilə saat 10:56-da Varşavadan Smolenskə uçan Tu-154 təyyarəsi aeroporta eniş edərkən qəzaya uğrayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində 87 nəfər həlak olub", - deyə Rusiya Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İrina Andrianova məlumat verib. Polşa Xarici İşlər Nazirliyinin məlumatına görə, prezident Lex Kaçınski və onun həyat yoldaşının taleyi naməlumdur. İTAR-TASS isə qəzanın güclü duman səbəbindən baş verdiyi barədə məlumat yayıb. Bəzi məlumatlara görə, təyyarədə 132 nəfər olub. Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski totalitar repressiya qurbanlarının dəfn olunduğu Rusiyada ilk beynəlxalq memorial kompleksin yerləşdiyi Katın qəbristanlığını ziyarət etməyi planlaşdırırmış. Bu barədə dünən vilayət administrasiyasından məlumat verilib. Katında baş verən faciəvi hadisələrin 70 illiyinə həsr olunmuş tədbirlərdə Polşanın "Katınskie semi" İ?timai Təşkilatının təqribən min nümayəndəsinin iştirakı nəzərdə tutulurdu. Memorial Katın meşəsində vilayət mərkəzindən 18 kilometr qərbə yerləşir. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya prezidenti Dmitri Medvedevin göstərişi ilə fövqəladə hallar naziri Sergey Şoyqu hadisə yerinə yollanıb. ?Vesti-24? telekanalının verdiyi xəbərə görə isə, Medvedev aviaqəzanın araşdırılması üçün baş nazir Vladimir Putinin rəhbərliyi altında komissiya yaradıb. Ölənlər arasında prezidentin qardaşı, sabiq baş nazir Yaroslav Kaçinski, Polşanın sabiq prezidenti Rışad Koçorovski, general Tadeuş Ploski, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Frantişek Qonqor, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, Mərkəzi Bankın rəhbəri Slavomir Skrzypek, sabiq müdafiə naziri Yeji Şmaydzinski və prezident katibliyinin rəhbəri Vladislav Stasyak da olub...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA