Artur Rasi-zadə qərar verdi, Tarif Şurasının səlahiyyəti azaldıldı

img

12-06-2016 [13:05]


Nazirlər Kabineti "Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

İndiyə qədər "Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası”na əsasən məhsulun sertifikatlaşdırılması üzrə xidmətlərin xərci, nəticəsindən asılı olmayaraq, Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə ərizəçi tərəfindən ödənilib.

Dəyişikliyə əsasən isə Tarif (qiymət) Şurasının bu sahədə səlahiyyəti ləğv edilib. Başqa sözlə, bundan sonra məhsulun sertifikatlaşdırılması xidmətinə görə dövlət rüsumu ərizəçi tərəfindən ödəniləcək. 

"Yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin verilməsi Qaydası”nda da müvafiq dəyişiklik edilib. İndiyə qədər baytarlıq nəzarətində olan yeyinti məhsullarına şəhadətnamə verilməsi üzrə xidmətlərin xərci, nəticəsindən asılı olmayaraq, Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə ərizəçi tərəfindən ödənildikdə şəhadətnamə verilibsə, bundan sonra baytarlıq nəzarətində olan yeyinti məhsullarına şəhadətnamə verilməsi üzrə dövlət rüsumu ərizəçi tərəfindən ödənildikdə şəhadətnamə veriləcək. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA