Bakıda bahalı nömrələrlə dolaşan bu "Galendewagen"lər kimindir? - FOTOLAR

img

12-06-2016 [11:15]


Bir vaxtlar bu cür avtomobillər ərəb şeyxlərinin idarə edərkən maraqla qarşılanırdı. Hər kəs bu avtomobillərə həsəd aparırdı. Artıq Bakıda da qızılı rəngdə "Mercedes - Galendewagen" markalı avtomobil var.

Həmin avtomobil bu gün Mətbuat prospektində - Azərbaycan Nəşriyyatının qarşısında görünüb. Avtomobilin qiyməti təxminən 300 min dollardır. Avtomobilin özü kimi nömrəsi də bahalı və diqqətçəkəndir. 90 KK 222 dövlət nömrə nişanlı bu avtomobilin biznesmenlərdən birinə məxsus olduğu deyilir.

Bakıda həmin rəngdə avtomobillərdən daha biri isə 10 GC 111 nömrə nişanlı "Galendewagen"dir.

Məlumata görə, bu avtomobillərdən birincisi əvvəllər ağ rəngdə, digəri isə qara rəngdə olub. Sonradan hər ikisi rəngi dəyişmək üçün avtomobilə vinil vurdurublar.




Avtosfer.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA