11-06-2016 [16:28]
ADA Universitetində bu ali təhsil ocağında uzun illərdir fəaliyyət göstərən, eyni zamanda 20 ildən çoxdur ki, Azərbaycanda müxtəlif vəzifələrdə çalışmış beynəlxalq dərəcəli ekspert Doktor Lütful Kabirin yolasalma mərasimi baş tutub.
Azərbaycandakı fəaliyyətini başa vuraraq ailəsi ilə birlikdə ABŞ-a köçüb, orada fəaliyyətini davam etdirəcək cənab Kəbirin yolasalma mərasiminə onun yaxın dostları, səfirlər, xarici ölkələrin Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri, müxtəlif layihələr çərçivəsində birgə fəaliyyət göstərdiyi ictimai xadimlər, rəsmi şəxslər, millət vəkilləri və tələbələri qatılıblar.
Tədbirdə ADA universitetinin adından təşəkkür diplomu ilə mükafatlandırılan Doktor Lütful Kabir bundan sonra da ikinci vətəni olan Azərbaycanı təbliğ edəcəyini, bu istiqamətdə əlindən gələn köməyi əsirgəməyəcəyini bildirib.
Cənab Kabirin eyni zamanda, beynəlxalq müşavir kimi çalışdığı Beynəlxalq Avrasiya Mətbuat Fondu adından nüfuzlu xarici ekspertə Azərbaycan Milli geyimi hədiyyə olunub.
Hədiyyəni cənab Kabirə təqdim edən BAMF sədri Umud Mirzəyev rəhbərlik etdiyi təşkilatın adından ona xoş ürək sözlərini çatdırıb, ailəsi ilə birlikdə Doktor Kabirə ABŞ-da yeni uğurlar, nailiyyətlər arzulayıb.
Cənab Kabirdən daim Azərbaycanı xatırlamağı xahiş edən Umud Mirzəyev, onun Azərbaycanda böyük bir dost ordusu qoyub getdiyini bildirib.
Xatırladaq ki, Doktor Lütful Kabir dünyanın ən böyük humanitar təşkilatlarından olan "Save the childiren " 3 il ölkə üzrə direktoru, 12 il BMT-nin Azərbaycan, Mozambik və Tacikistanda vətəndaş cəmiyyəti üzrə Baş Məsləhətçisi, 1 il Turizm İnstitutunda müəllim və məsləhətçi, 4 ilə yaxın Azərbaycan Diplomatiya Akademiyasında departament rəhbəri və məsləhətçi vəzifəsində işləyib. Lutful Kabir Dünya Bankı, Asiya İnkişaf Bankı və ATƏT üçün vətəndaş cəmiyyəti üzrə məsləhətlər vermişdir.
EurasiaDiary




.jpg)


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi