11-06-2016 [13:18]
"Dövlət rəhbərinin maksimum səyləri ona yönəlib ki, ölkədə məmur sayı optimallaşdırılsın, funksional səlahiyyətlərin sərhədi dəqiqləşsin, bir- birini təkrarlayan qurumlardan azad olma imkanı meydana çıxsın. Lakin bunu təkcə məmurları ixtisar etmək və işsizlərin sayını artırmaq kimi başa düşmək olmaz”.
Bunu millət vəkili Zahid Oruc son günlər prezident tərəfindən ölkədə həyata keçirilən kadr islahatlarına münasibət bildirərkən deyib.
Millət vəkili xatırladıb ki, dövlət başçısı ötən ilin sonlarından başlayaraq fəal şəkildə ölkədə institutsional islahatlar, struktur dəyişiklikləri həyata keçirməkdədir: "Buna sübut olaraq Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Qulluğuna Qəbul Komissiyası Dövlət İmtahan Mərkəzinə birləşdirildi. Bəzi agentliklərin təyinatı dəyişdirildi. Böyük özəlləşdirmə proqramlarını nəzərə alaraq dövlətin iştirak payı olan şirkətlərin özəlləşməyə açılacağı və bununla bağlı beynəlxalq qurumların ekspert qismində məsləhətçisi kimi cəlb olunması prosesi başladı. Bütün bunlar sübut edir ki, asan hökumət modeli əslində həyata keçirilməkdədir”.
Onun sözlərinə görə, icra hakimiyyətlərinin başçılarının bir neçəsinin işdən çıxarılması və dəyişdirilməsi ona görə edilir ki, birinci növbədə hər hansı şəxs o bölgə üzrə müxtəlif biznes fəaliyyətinə başlayır, ayrı-ayrı qurumlarla əlaqəyə girir: "Bəzən idarəçiliyi çətinləşdirən həm də o məqam olur ki, insanlarla sıx əlaqədə olursan və sonradan onları qanunsuz əməllərdən də çəkindirmək olmur. Ona görə də bu rotasiyalar da bir ənənəyə çevrilib.
Sonuncu dəyişikliklə bağlı deyə bilərəm ki, Mübariz Ağayev təcrübəli bir adamdır. Onun kənd təsərrüfatı sektoru ilə bağlı fəaliyyət təcrübəsi də mövcud idi. Mehdi Səlimzadə bələdiyyələrlə iş üzrə quruma uzun müddət rəhbərlik edərək icra orqanlarına yaxın idi. Eyni zamanda parlamentdə hesabatlarda iştirak edərkən o yaxşı bilirdi ki, dövlət rəhbərliyi, həmçinin vətəndaş, ictimai sektoru nələri tələb edir.
Əminəm ki, gələcəkdə icra hakimiyyəti başçılarına qarşı tələblər dəyişəcək. Bu qurumla bağlı cəmiyyətin gözləntiləri fərqlidir.
Bunu nəzərə alaraq da cənab prezident qurumların vətəndaşlara xidmətinin effektivliyini qiymətləndirmək üçün asan xidmət kateqoriyasının ortalığa çıxardılmasına çalışır. Bu, fəaliyyəti qiymətləndirmək üçün obyektiv yol olacaq. Beləliklə, dövlət başçısının məmurlardan tələb etdiyi vətəndaş qarşısında hesabatlılıq, şəffaflıq prinsiplərinin bərqərar olunmasına imkan qazanmış olacağıq. Kadr dəyişikləri cənab prezidentin öz səlahiyyətində olan məsələdir və biz parlament olaraq bunu yalnız alqışlayırıq”.
qafqazinfo
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi