Avropa Şurası komitəsində seçki - Azərbaycanlı hakim üzv seçildi

img

10-06-2016 [22:47]


Avropa Şurasının İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə Komitəsinə yeni seçki olub.

Mia.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev adıçəkilən komitənin yeni üzvü seçilib.

Xatırladaq ki, bundan əvvəl həmin komitədə Azərbaycanı Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov təmsil edib. L.Hüseynov, həm də həmin Komitənin ilk azərbaycanlı sədri olub. Lakin onun səlahiyyət müddəti bitib.


Lətif Hüseynov

Onu da qeyd edək ki, qısa olaraq İşgəncələrə qarşı Komitə (CPT) adlanan Avropa Şurasının İşgəncələrin, qeyri-insani və alçaldıcı rəftarın qarşısının alınması üzrə komitəsi, azadlıqdan məhrum edilmiş şəxslərlə necə rəftar olunduğunu yoxlamaq və qiymətləndirmək məqsədilə, üzv ölkələrdəki bütün cəzaçəkmə müəssisələrinə, o cümlədən həbsxanalar, polis məntəqələri, uşaq koloniyaları, xarici vətəndaşların saxlanıldığı yerlər və ruhi dispanserlərə qeyri-məhdud şəkildə baş çəkmək hüququna malikdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA