10-06-2016 [17:29]
26 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən "Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası istiqamətində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər davam etdirilməkdədir.
Əhalinin ərzaq və qeyri ərzaq məhsullarına olan təlabatının yerli məhsullar istehsalı hesabına ödənilməsi və rəqabətəqabiliyyətli ixracyönümlü məhsul istehsalına nail olunması istiqamətində rayon ərazisində ardıcıl məqsədyönlü işlər aparılır.
Rayonun iqtisadi potensialı və xüsusiyyətləri nəzərə alınaraq iqtisadi layihələr hazırlanmış və qəsəbələrdə mütamadi olaraq keçirilən səyyari görüşlərdə iqtisadi cəhətdən səmərəli hesab olunan layihələr haqda sahibkarlar məlumatlandırılmaqla onlara hüquqi informasiya dəstəyi göstərilir.
Rayonun Ələt qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən "Fidan” şirkəti tərəfindən 1 ha torpaq sahəsində tərəvəz məhsulları istixana kompleksinin və müasir ət kəsimi sexinin yaradılması nəzərdə tutulmuşdur.
Əhalinin məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə rayon ərazisində kiçik həcmli layihələrin reallaşdırılması ilə yanaşı Dövlət Proqramında nəzərdə tutulan digər sahələrin, o cümlədən alçıpan, kərpic, daş yunu və sair istehsal müəssisəsinin yaradılması istiqamətində rayonda fəaliyyət göstərən sahibkarlar arasında təşviqat və marifləndirmə işləri davam etdirilir.
Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Qaradağ rayonunda da qeyri məşğul əhalinin yeni iş yerləri ilə təmin olunması istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Belə ki, cari ilin ötən son 4 ayı ərzində Qaradağ rayonunda fəaliyyət göstərən dövlət və özəl müəssisələr tərəfindən 1076 nəfər qeyri məşğul əhali yeni iş yerləri ilə təmin edilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin ölkədə əhalinin məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin açılması istiqamətində göstərdiyi diqqət və qayğı rayon ictimayəti tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanmışdır.
Yeni yaradılmış iş yerləri qəsəbələrin abadlaşdırılmasına da öz müsbət təsirini göstərməkdədir.
Hazırda rayonun Sahil qəsəbəsində tikiş və xalça toxuma sexində son tamamlama işləri aparılmaqdadır. Həmin sexdə 40 nəfərin yeni işlə təmin edilməsi nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev tərəfindən ölkəmizin sosial-iqtisadi inkişafı və tərəqqisi istiqamətində qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası prioritet istiqamət olaraq Qaradağ Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyətinin əsasını təşkil edir və bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi