10-06-2016 [16:50]
"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi bu gün Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində "Gənclər arasında dini maarifçilik işinin aparılmasında medianın rolu” adlı tədbir keçirib.
Universitetin mətbuat xidmətinin rəhbəri Asif Quliyev tədbir iştirakçılarını salamladıqdan sonra gənclər arasında dini maarifçilik işinin aparılmasının vacib olduğunu bildirib. A.Quliyev çalışdığı təhsil müəssisəsinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduğunu deyərək, analoji tədbirlərin keçirilməsinə bundan sonra da dəstək verməyə hazır olduqlarını bildirib.
Azərbaycan Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə ölkə mediasının keçdiyi yola, onun ictimai missiyasına, müasir mətbutımızdakı tendensiyalara nəzər salıb. R.Hüseynzadə deyib ki, Azərbaycan mətbuatı heç vaxt dini və irqi ayrıseçkiliyi təbliğ etməyib, həmişə tolerant mövqe sərgiləyib. İcraçı direktor həmçinin gənclər arasında dini maarifçilik işinin aparılmasında media qurumlarının üzərinə düşən vəzifələrdən danışıb.
"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə əvvəlcə gənclərin cəmiyyətin həyatındakı rolundan danışıb. Gənc nəslin cəmiyyətin avanqard hissəsi olduğunu vurğulayan natiq onları yad ideologiyaların təsirindən qorumağın vacib olduğunu bildirib. S.Verdizadə medianın dini mövzulara həssas yanaşdığını deyərək, bu sahəyə marağın artmasını müsbət hal kimi dəyərləndirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub. Natiq deyib ki, müasir dövrdə dövlətin, dini icmaların, eləcə də cəmiyyətin hər bir nümayəndəsinin başlıca vəzifəsi qarşılıqlı münasibətlərdə dözümlülüyə nail olmaq, müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan insanların sülh şəraitində birgəyaşayışını təmin etməkdir.
Sonda natiqlər tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi